H. Əliyev adına Müasir Təhsil Kompleksi xəritədə

H. Əliyev adına Müasir Təhsil Kompleksi

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 1006 AZ1022 *** 1 səs

H. Əliyev adına Müasir Təhsil Kompleksi haqqında

Əsası 2001-ci ildə qoyulmuş Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanın özəl təhsil müəssisələrindən biridir. Kompleksin məqsədi – milli ruhda nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır. Kompleksin açılışında iştirak edərkən xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi “belə bir məktəb mənim bu gün verdiyim tövsiyələri yerinə yetirəcəkdir və beləliklə də, daha da yüksək bilik almış, gələcək üçün hərtərəfli hazırlıqlı gənclər buraxacaqdır ” sözlərini əldə rəhbər tutaraq, bu istiqamətdə uğurla çalışırıq. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yüksək təlim texnologiyalarının uğurla tətbiq olunduğu ilk müasir özəl təhsil ocağıdır.Kompleks 3 hissədən ibarətdir: uşaq bağçası, orta ümumtəhsil məktəbi və 39 saylı musiqi məktəbi.

Kompleksin xidmətləri

Kompleks fasiləsiz təhsil sistemini əlaqələndirən vahid bir orqanizmdir. Uşaq bağçası, orta ümumtəhsil məktəbi və musiqi məktəbi əlaqəli, kompleks şəkildə fəaliyyət göstərir.Yüksək səviyyəli məişət rahatlığına malik olan, gigiyenik tələblərə tam cavab verən yeməkxana fəaliyyət göstərir.Müasir tələblərə, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli maddi-texniki baza yaradılmışdır.İbtidai təhsil pilləsində şagirdlər seçmə üsulla müvafiq siniflərə qəbul olunurlar. Hər bir şagirdin fərdi inkişafını izləməyə imkan verən xüsusi kartotekası yaradılır.
Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir “evdir”.

Məktəbin əsas üstünlüklərindən biri də burada yüksək ixtisaslı mütəxəssislərdən: professorlardan, dosentlərdən, təhsil sahəsində müxtəlif beynəlxalq proqramların iştirakçısı olan ən yaxşı müəllimlərdən ibarət pedaqoji kollektivin olmasıdır.Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, inkişafetdirici oyunlar, ekskursiyalar şəklində aparılır. MTK-da uşaqların təhsilindən başqa, onların əlavə maarifləndirici xidmətlərdən istifadəsi üçün də geniş imkanlar vardır.

Məktəbin fəaliyyəti

Günün ikinci yarısında uşaqlar musiqi məktəbindəki məşğələlərə gedir, müxtəlif dərnəklərdə: rəqs, idman, musiqi və s. iştirak edirlər. Tez-tez Bakının görməli və maraqlı yerlərinə (zooparka, botanika bağına, muzeylərə və s.) tanışlıq ekskursiyaları təşkil olunur, hər ay əyləncəli tədbirlər hazırlanır, məktəbimizə-şagirdlərlə görüşə artist və musiqiçilər dəvət olunurlar. İldə 2 dəfə Böyük Britaniyada, Almaniyada, Fransada qış və yay dil kursları təşkil olunur.Məktəb daxilində yaradılmış şərait, dostluq və diqqət mühiti günü-gündən inkişaf edir. Təhsil alanların hər biri üçün sərbəst və rahat şərait yaradılmışdır.

Biz məqsədyönlü liderlər yetişdirməyə səy göstəririk. Yəqin, buna görədir ki, yerli və beynəlxalq olimpiadalarda qazanılmış medalların sayına görə məktəbimiz ön sıralarda dayanır.Bizim uşaqlar fəal əməyə və yaradıcılığa istiqamətləndirilmişlər. Məktəbdə mehriban, həmrəy şagird kollektivi vardır. Bu mehribanlıq, səmimi münasibət məzunlarla da əlaqəmizi möhkəmləndirir. Hər il bizim Kompleksə yeni-yeni məktəblilər qəbul edilir. Deməli, bizi yeni kəşflər və nailiyyətlərlə dolu maraqlı həyat gözləyir.