Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi xəritədə

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi

Bakı, Səbail rayonu, Parlament prospekti, 14 AZ1000 *** 2 səs

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi haqqında

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.Milli Təhlükəsizlik Nazirliyinin rəsmi İnternet saytı, Facebook və Twitter səhifələri Nazirliyin başlıca fəaliyyət istiqamətləri barədə məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət edir. MTN-in qarşısında duran vəzifələr Nazirlik Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada öz səlahiyyətləri daxilində aşağıdakı vəzifələri yerinə yetirir: Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi məqsədi ilə əlverişli şəraitin yaradılması üçün tədbirlər görür; Milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edir və həyata keçirir, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparır; Xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının milli maraqlarına qarşı yönəlmiş niyyətləri, planları və əməlləri barədə məlumatları əldə edir, təhlil edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır; Xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə tədbirlər görür; Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə mübarizə aparır; Milli Təhlükəsizlik Nazirliyinin beynəlxalq əməkdaşlıq fəaliyyəti Milli Təhlükəsizlik Nazirliyinin beynəlxalq əməkdaşlıq fəaliyyəti xarici ölkələrin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə informasiya və təcrübə mübadiləsi, ekspert görüşləri, beynəlxalq tədbirlərdə iştirak, saziş, müqavilə və protokolların imzalanmasının həyata keçirilməsi formatında aparlır. Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq əməkdaşlığın həyata keçirilməsində Azərbaycan Respublikasının milli qanunvericiliyini əsas tutur.Hazırda Milli Təhlükəsizlik Nazirliyi dünyanın 50-dən çox ölkəsinin hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə iki və çoxtərəfli formatda əməkdaşlıq münasibətlərini həyata keçirir. Çoxtərəfli əməkdaşlıq mexanizmləri ilk növbədə ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr sistemini nəzərdə tutur. Milli Təhlükəsizlik Nazirliyi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransı, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Şurası, MDB-yə üzv dövlətlərin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərlərinin Müşavirəsi, Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat – GUAM, NATO və sair beynəlxalq təşkilatlar çərçivəsində faydalı çoxtərəfli əməkdaşlıq münasibətlərinə malikdir.