Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi xəritədə

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi

Bakı, Yasamal rayonu, Mətbuat prospekti, 40 AZ1141 *** 1 səs

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi haqqında

Azərbaycan Respublikasının Мüdаfiə Sənаyеsi Nаzirliyinin fəaliyyət istiqamətləri Azərbaycan Respublikasının Мüdаfiə Sənаyеsi Nаzirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılmışdır.Мüdаfiə Sənаyеsi Nаzirliyinin müəssisələri istehsal etdikləri məhsul çeşidlərinə görə aşağıdakı sənaye sahələrinə aiddirlər: "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Dalğa" Elmi-İstehsalat Müəssisəsi və "Alov" zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələrdəndir. Bakı "Radioquraşdırma" zavodu, "Azon", "Peyk" və "EHM" zavodları rabitə və radioelektronika məhsulları istehsal edir. "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi, "Telemexanika" zavodu və Bakı "Cihazqayırma" zavodu neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edir. "Avtomatik xətlər" Elmi-İstehsalat Müəssisəsi elektrotexnika, maşınqayırma məhsulları və qeyri-standart avadanlıqlar istehsal edir. Müdafiə Sənayesi Nazirliyinin xarici dövlətlərlə əməkdaşlığı Əməkdaşlıq aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir: Aviasiya Neft sənayesi Cihazqayırma Naviqasiya