Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəritədə

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Bakı, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 77 AZ1000 *** 2 səs

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında

Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış fərmanı ilə Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır.Bu, sahənin gələcək inkişafı, eləcə də hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları baxımından mühüm addım olmuşdur. Bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və müvafiq Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etmişdir. 2007-ci il fevralın 13-də “Regionların sosial-iqtisadi inkişafı üzrə (2004-2008-ci illər) Dövlət Proqramı”nın üç illiyi münasibətilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdir. Həmin vaxtdan bu sahənin inkişafına daha çox diqqət yetirilir, hökumət üçün həyat fəaliyyətinin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi əhəmiyyət kəsb edir, çünki İKT müasir zamanda rəqabət qabiliyyətinin və iqtisadi artımın katalizator rolunu oynayır. Son dövrlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikitərəfli, həmçinin regional və beynəlxalq səviyyələrdə - çoxtərəfli platformalarda əlaqələr qurulmuş, beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq münasibətləri yaradılmış və ölkəmizin İKT və həmçinin telekommunikasiya, poçt və peyk rabitəsi sahələrində aparıcı ölkələr qrupuna daxil edilməsi üçün “tanınma” prosesi tamamlanmışdır.