MilliByte xəritədə

MilliByte

Bakı, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 57/59 AZ1000 *** 3 səs

MilliByte haqqında

MilliByte şirkəti, 2006-cı ilin dekabrında təsis edilmişdir. Şirkətin fəaliyyət sferasına müxtəlif İT xidmətləri, o cümlədən proqram təminatları və web-layihələrin hazırlanması, İT konsaltinq və İT treninqlər daxildir. Şirkətin ixtisaslaşmış kadrlardan ibarət peşəkar komandası istənilən çətinlikdəki məsələlərin öhdəsindən gəlmək bacarığındadır. Şirkətimizin əsas iş prinsipi: peşəkarlıq, operativlik və müştərilərə xidmət sonrası daimi dəstək üzərində qurulub.MilliByte, şirkət dəyərləri içərisində müştəri məmnuniyyətini hər zaman ön planda tutur. Biz inanırıq ki, ümumi strategiya çərçivəsində hər müştəriyə fərdi yanaşmalı, onların ehtiyac və istəklərini müəyyənləşdirərək, istədiklərindən daha keyfiyyətli, standartlara uyğun məhsul və xidmət təqdim etməliyik. Dünya təcrübəsinə əsaslanaraq təqdim edilən və müştərilərimizin razı qaldığı bu innovativ həllər, şirkət olaraq bizim qürur mənbəyimizdir. MilliByte MMC, 2011-ci ildən etibarən TÜSİAB-ın və 2013-cü ildən etibarən də ASK-nın həqiqi üzvüdür.