«Messenat Holdinq-Şirkətlər Qrupu» Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyatdan keçərək 0106-P232-46172 saylı 28.06.2006-cı ildə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi alınmışdır. «Messenat Holdinq-Şirkətlər Qrupu» MMC təmsil etdiyi Cəmiyyətlərin işini daha səmərəli qurmaq və Cəmiyyətlərin arasında şəbəkə yaratmaq məqsədi ilə yaradılmışdır.
«Messenat Holdinq-Şirkətlər Qrupu» MMC-nin tərkibinə asağadakı olan firmalar daxildir:
Müasir texnologiyalar tətbiq edərək ölkəmizin resurslarından səmərəli istifadə etmək, yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərin məmnuniyyətini ən yüksək səviyyədə təmin etməklə Azərbaycanın rifahı və iqtisadi inkişafına öz töhfəmizi vermək, ölkəmizlə birgə böyüməkdir.
Missiyamız təşkilatımızın mövcud olma məqsədi, müxtəlif fəaliyyət istiqamətlərində oynamalı olduğu roldur.
Məhsullarımızla bağlı hər növ məlumat, şikayət, təklif və suallarınızı bizlərə bildirə bilərsiniz. Bizimlə əlaqə saxlamaq üçün heç tərəddüd etməyin. Bizim üçün Sizin fikirləriniz çox vacibdir. Hər bir Müştərimiz bizim dostumuzdur və burada Sizinlə əsil dost kimi davranılacaqdır. Şirkətimizin mütəxəssisləri bütün suallarınıza ən qısa zamanda cavab verəcəkdir. Əgər ehtiyac yaranarsa, müraciətinizdən sonra nümayəndələrimiz Sizi ziyarət edəcəkdir.