“MEQA” MMC 2002-ci ilin aprelində təsis edilmiş və hal-hazırda konsaltinq, İT və brendinq sahəsində ixtisaslaşan və dinamik inkişaf edən perspektivli şirkətlərdəndir. “MEQA” şirkəti Azərbaycanda və onun hüdudları kənarında yerləşən çox sayda yerli və xarici təşkilatlara yüksək texnologiyalar, İT konsaltinq, İT həlləri, korporativ kommunikasiyaların və biznes proseslərin təşkili, kompleks marketinq və brend araşdırmaları, korporativ üslub və standartların, İnternet təmsilçiliyin yaradılması, reklam və promouşn xidmətlərini təqdim edir.
Müştərilərlə iş zamanı “MEQA” şirkətinin vurğuladığı məqamlar hər bir müştəri qurumun tələblərinə tam şəkildə cavab verən kompleks həll və biznesinin inkişafı üzərində qurulub. Bu məqsədlər hələ pre-konsaltinq və ilkin layihələşdirmə səviyyəsində düzgün fokuslaşmış priritetlər və individual yanaşma tərzi sayəsində həyata keçirilir. Kontekstdə kommunikasiya, texnologiya, menecment və informasiya alətlərindən istifadə “MEQA” şirkətinə öz müştərilərinin inkişaf strategiyalarının və məqsədlərinin hədəf auditoriya tərəfindən məhz qarşıya qoyulmuş məqsədlər çərçivəsində loyal qəbul edilməsinə kömək edir. Peşəkar səviyyədə təşkil olunmuş biznes prosesləri və 10 illik təcrübə, bazar iqtisadiyyatının dəqiq analizləri və müştəri istəkləri sahəsində dərin biliklər bizə bu məsələləri həll etməyə imkan verir.