Memorial Tibb Mərkəzi Bakı ofisi xəritədə

Memorial Tibb Mərkəzi Bakı ofisi

Bakı, Səbail rayonu, Nizami küçəsi, 69 AZ1005 *** 2 səs

Memorial Tibb Mərkəzi Bakı ofisi haqqında

Memorial xəstəxanası, 1995-ci ildə qurulan Memorial Sağlamlıq İnvestisiyaları Korporasiyasının ilk sağlamlıq xidmətləri layihəsidir. Memorial xəstəxanası ilk xəstəsini 2000-ci ilin Fevral ayında qəbul etmişdir. Memorial xəstəxanası kardiologiya, ürək-damar əməliyyatları, orqan nəqli, sınaq borusundan uşaq və genetika kimi sahələrdə olduqca pristijli bir reputasiyaya malikdir və hər tibbi sahədə yüksək keyfiyyətli sağlamlıq xidmətləri təmin edir.

Memorial xəstəxanasının xidmətləri

Memorial xəstəxanası, 53000 m2-lik qapalı sahəsi, 200 yataqlı həcmi, avtoparkı (10000 m2 və 300 maşın yerli), mərkəzi avtomatik sistemi, istilik və nəmliyi yoxlamaq üçün təzyiq dəstək sistemi, pnevmatik tunel transfer sistemi və 120 nəfərlik toplantı zalı ilə, yerli və beynəlxalq xəstələrinə beynəlxalq standartlarda yüksək keyfiyyətli sağlamlıq xidmətləri təqdim edir. Memorial xəstəxanası layihəsi 1996-cı ildə başladı; bu layihə Türkiyədəki xəstəxana sənayesində bir nümunə olaraq özünü göstərdi. Memorial xəstəxanası layihəsi yerli briqada ilə yaradıldı, ancaq biz ECRI ilə də (sağlamlıq xidmətləri keyfiyyətinin artırılmasında fəaliyyət göstərən, dünyanın lider müstəqil quruluşlarından biri olaraq bilinən, gəlir məqsədi daşımayan sağlamlıq xidmətləri araşdırma mərkəzi) əməkdaşlıq etdik və onlar bizə, tibbi mexanizmləri seçməkdə kömək etdilər.

Binanın inşaatı 1999-cu ilin sonunda tamamlandı və cihazların yerləşdirilməsi 2000-ci ilin Yanvar ayında başa çatdı. İlk xəstə 2000-ci ilin Fevral ayında qəbul edildi. Qısa bir müddət ərzində Memorial xəstəxanası yataq həcmini doldurdu. Memorial Xəstəxanasının ilk böyümə layihəsi, hər biri 450 m2 olan 2 ayaqüstü müalicə klinikası əlavə edilərək 2001-ci ildə həyata keçirildi. 2002-ci ilin yayında, 50 yataq və əməliyyat otaqlı müasir doğuş klinikası da əlavə edildi. 2005-ci ildə, palata sayımız 136-ya çatdı və cəmi yataq sayımız 184 oldu. İstanbul şəhərinin Avropa tərəfində olduğu kimi Asiya tərəfində də xidmət göstərmək məqsədilə 2003-cü ildə Memorial qrupu, Suadiye rayonunda Ayaqüstü müalicə klinikasının qapılarını açdı.