Megafun xəritədə

Megafun

Bakı, Xətai rayonu, Nobel prospekti, 15 AZ1025 *** 3 səs

Megafun haqqında

Megafun Əyləncə mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir. İnşaat sektorunun liderlərindən olan Yeni Həyat memarlıq və keyfiyyət baxımından Bakının ən çox rəğbət görən bir neçə komplekslərinin müəllifidir. Bunların arasında ”Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” komplekslərinin adları xüsusilə vurğulana bilər. Hal-azırda şirkət bir neçə mühüm inşaat obyektlərinin inşasını həyatakeçirməkdədir. Bunlar “Park Azure”, “Grand Hayat” və “Hayat Palace” yaşayış kompleksləridir.

Megafun Əyləncə mərkəzinin fəaliyyətə başlaması

2012-ci ildə yaranmasının 10-cu ildönümündə Yeni Həyat Şirkətlər Qrupu Azure kompleksdə Avropanın ən böyük Qapalı Əyləncə Mərkəzi “Megafun”-ın fəaliyyətinə start verdi. Açılış müddətində əyləncə mərkəzi kompleksin sadəcə 3-cü mərtəbəsində məskunlaşaraq 200- dən çox atraksion, oyun apparatı, təbii buz meydançası, Bakıda ən böyük boulinq (14-ü böyüklər, 2-si uşaqlar üçün olmaqla cəmi 16 xəttli), 4,5,6 D kinotetatrlar, lazer oyunları, qorxu tunneli, çarpışan arabalar, qayıqlar və daha bir çox digər əyləncə vasitələrindən ibarət idi. Daim yenilənən, müasirləşən Yeni Həyat ənənəsinə sadiq qalan Megafun 2013 ci ilin dekabırın 24-də özünün 1 yaşında iki dəfə böyüyərək “Azure” kompleksin 3 mərtəbəsini əhatə etdi.

Yenilənən Megafun hal hazırda 17 coğrafi zonadan ibarətdir. Ümumi sahəsi 30000 m2-ə çatmışdır. Artıq burada kiçik qonaqlar üçün karusel və yelləncəklərlə bərabər, Magic Jungle adlı Bakının ən böyük güzgülü labirinti, 7 nəhəng dinozavrı ilə uşaqları nağıllar aləminə qərq edən Dino Parkı, 4 avtomobilin eyni anda yarışa bildiyi nəhəng Kartinqi və yüzlərlə yeni atraksion və oyun apparatı ilə “ Megafun” böyükdən kiçiyə hər kəsin ən sevdiyi əyləncə obyektinə çevrilmişdir.Megafunda atraksion və oyunlardan istifadə kartlar vasitəsi ilə tənzimlənir. Megafun kartlarının iki növü mövcuddur. Zaman Kartları və Balans Kartları. Hər bir kartın özünün dəyəri 1 manatdır.

Saatlıq Zaman Kartı

  • Boulinq,”Magic Jungle”,Mega Karting”,Dino Park”,”Karaoke”xaric bütün attraksionlarda keçərlidir
  • Kartın balansına 20 azn müqabilində 120 dəqiqə yüklənir
  • Kartın istifadə müddəti kart oxuyucudan keçirildikdən sonra başlanır və 120 dəqiqə tamam olduqda bitir
  • Oyun zamanı digər attraksionlarda kart deaktiv olur
  • Zaman kart hədiyyə qazandıran attraksionlarda 5 istifadə imkanı verir
  • Sıradan çıxmış kartlar yalnız alındığı gün yenisi ilə əvəz olunur

Balans Kartı

  • Boulinq xaric bütün attraksionlarda keçərlidir
  • Artiq qalan məbləğı daha sonra istifadə etmək imkan verir
  • Yeni kart alındığında minimal yükləmə 5 azn təşkil edir
  • Sıradan çıxmış kartlar yalnız balansında pul olduğunda dəyişdirilir