MediStyle Psixonevroloji Sağlamlıq Mərkəzi xəritədə

MediStyle Psixonevroloji Sağlamlıq Mərkəzi

Bakı, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 116 AZ1000 *** 1 səs

MediStyle Psixonevroloji Sağlamlıq Mərkəzi haqqında

MediStyle Psixonevroloji Sağlamlıq Mərkəzi 9 iyul 2013-cü il tarixində təsis olunaraq xidmətinizə verilmişdir. Mərkəzimizin yaranmasında əsas məqsəd ölkəmizdə psixiatriya elmi ilə bağlı mövcud stereotipləri dağıtmaq və xaricdə təhsil almış peşəkar həkimlərimizin köməkliyi ilə elmin bu sahəsinin sizlərə fayda gətirməsinə səy göstərməkdir.Mərkəzimizin yaranmasında əsas məqsəd ölkəmizdə psixiatriya elmi ilə bağlı mövcud stereotipləri dağıtmaq və xaricdə təhsil almış peşəkar uşaq və yeniyetmə, həmçinin böyüklər üçün xidmət göstərən psixiatrlarımızın, psixoterapevtlərimizin, psixoloq və nevroloqlarımızın köməkliyi ilə elmin bu sahəsinin xalqımıza fayda gətirməsinə səy göstərməkdir.

Psixonevroloji Sağlamlıq Mərkəzi ruhi sağlamlıq, şəxsi və peşəkar həyatda müasir metodlarla əhalinin sağlığı və inkişafı üçün xidmət göstərir. Məqsədimiz problemlərin həllində iştirak etmək və həllin bir parçası olmaqdır. Hər biri öz sahəsində mütəxəssis olan psixoloqlarımızın peşə təcrübələrini sizlərə təqdim edir. Çünki biz yaşadıqlarınızı bilirik və hiss edirik. Bəzən qəbul edilə bilməz, bəzən kiçik kimi görünən, bəzən də içindən çıxılmaz bir ilan hekayəsinə dönən həyatımıza fərqli baxış bucaqlarını qazandıra bilmək üçün burdayıq.

PNSM aşağıdakı xidmətləri təklif edir:

  • Psixoloji pozitivlik – Şəxsi və iş həyatında pozitiv düşüncə
  • Biznesmen psixologiyası – Biznesin inkişafı üçün
  • Həyat pxisologiyası – Ətrafla münasibətlər və həyat tərzi
  • Uşaq psixologiyası – Uşaqların sağlam böyüməsi və sonradan problemlərin yaranmaması üçün
  • Psixoloji konsultasiya – Fərdi psixoloji məsləhətlət və müasir alətlərlə xidmətlər
  • Qrup terapiyası - Şəxsi inkişaf etmək istəyənlər və öz problemlərinin daxili həllini tapmaq üçün
  • Münasibətlər üçün psixologiya – Münasibətlərdə potensial problərin qaşısının əvvəlcədən alınması və ailə psixologiyası
  • Psixoloji təlimlər – Fərdi inkişaf və insanları anlamaqla düzgün yaşam tərzi və münasibətlərin qurulması üçün