MediPRO şirkətinin əsas vəzifəsi ? düzgün seçim etməkdə və xarici ölkələrdəki aparıcı klinika və müalicə mərkəzlərində ixtisaslı tibbi yardım almaqda Sizə kömək göstərməkdir.Bundan sonra Sizə, müalicə üçün hara getmək məsələsi üzərində baş sındıraraq, tanışları saf-çürük etmək, xaricdə yaşayan qohumlara zəng etmək və İnternetdə üzücü saatlar keçirmək lazım gəlməyəcəkdir. Bu məsələnin həllini MediPRO şirkətinə etibar edin və biz Sizin üçün Avropa və ABŞ-ın tibb mərkəzlərində fərdi müalicə proqramı tərtib edərik.
Bizimlə Siz həkim və klinikanı düzgün seçmək, müalicə üçün əvvəlcədən qeydiyyata düşmək, ehtiyac yarandıqda isə ? qarşılama/yolasalma, mehmanxanada yerləşdirmə, viza alınmasında yardım və tərcüməçi xidmətlərinin daxil olduğu ? əlavə xidmətdən istifadə etmək imkanı əldə edə biləcəksiniz. Müraciətin və tibbi informasiyanın ğizli saxlanması barədə MediPRO Sizə zəmanət verir.
Bizim xidmətlərimiz
- Diaqnoza və fərdi istəklərə uyğun olaraq diaqnostika, müalicə, reabilitasiya üçün ən münasib klinika və mütəxəssislərin seçilməsi;
- Sizin müayinə və müalicənizin təşkili ilə bağlı təkliflərin hazırlanması;
- Klinikalarla danışıqların aparılması;
- Hospitalizasiyanın yeri və vaxtının əvvəlcədən müəyyən edilib ayrılması; Müalicə üçün dəvət və xarici klinikanın hospitalizasiyanı təsdiq etməsi haqqında sənədlərin rəsmi şəkildə tərtibi və təqdim olunması;
- Viza alınmasında yardım göstərilməsi;
- Müalicə müddətində nəqliyyat xidmətləri, o cümlədən aeroportda qarşılama və yolasalma;
- Sizin tibbi sənədlərin xarici dilə və xarici həkimlərin yekun rəylərinin rus, yaxud Azərbaycan dilinə yüksəkixtisaslı tərcüməsi;
- Xarici ölkədə fərdi, ixtisaslaşmış tərcüməçi xidmətləri;
- Xarici ölkədə tibbi personalla əlaqənin təmin olunması üçün pasiyentin tərcüməçi tərəfindən müşayiət edilməsi;
- Ayrıca razılaşma əsasında V.İ.P. pasiyentlər üçün yüksək səviyyəli əlavə xidmətlər.