Medilux Tibb Mərkəzi xəritədə

Medilux Tibb Mərkəzi

Bakı, Nərimanov rayonu, Salamzadə küçəsi, 66B AZ1000 *** 3 səs

Medilux Tibb Mərkəzi haqqında

Medilux klinikiası 2004-cü ildən fəaliyyətdədir.Tibbi xidmətin nümunəvi təşkili klinikamız üçün prioritet amillərdəndir.Hər bir cəmiyyətdə sağlam mühit o dövlətin, xalqın sabit yaşamasını təmin edən əsas amildir. Sağlam insanlar varsa, sağlam cəmiyyət də olacaqdır. Bütün dövrlərdə insanlar həmişə bu və ya digər xəstəliklərdən əziyyət çəkmiş, min illər boyu axtarışlar apararaq hətta ölümsüzlük eliksiri (yəni əbədi yaşamaq) ilə bağlı kimagərlər müxtəlif təyinatlı dərmanlar kəşf etmişlər. Lakin ta qədimlərdən tibb elmi yer kürəsində həyat yarandıqdan bəri müxtəlif xəstəliklərin müalicəsini aparmaq istiqamətində inkişaf etmiş, bugünkü səviyyəyə çatmaq üçün uzun yol qət etmiş, mürəkkəb proses keçmişdir.

Bu gün ölkəmizdə səhiyyənin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, yeni-yeni müalicəxanalar istifadəyə verilir, ən müasir tibbi avadanlıqlar quraşdırılır. Dövlət tibbi müəssisələri ilə yanaşı özəl sağlamlıq mərkəzləri, klinikalar da fəaliyyət göstərir. Ədalət naminə deyək ki, özəl xəstəxanalarda, tibbi klinikalarda xidmətin səviyyəsi çox yüksəkdir. Doğrudur, bu klinikalar pulludur və xeyli bahadır, ancaq müalicə və müayinə yüksək səviyyədə təşkil olunub, hər cür rahatlığı vardır. Belə özəl klinikalardan biri də yaxşı imic qazanmış “Mediluks” klinikasıdır.

Laboratoriya

Medi Lux klinikasının laboratoriyası müasir standartlara uyğun şəkildə qurlaşdırılıb və fəaliyyət göstərir.Laboratoriya müasir standartlara uyğun cihaz və avadanlıqlarla təchiz olunmuşdur.Laboratoriyada tam avtomat biokimyəvi analizator ,hemotoloji analizator, İFA analizatoru , sidik analizatoru ,lüminisstent mikroskop,koaquloqramma analizatoru mövcuddur. Laboratoriyada qanın ümumi, kliniki-biokimyəvi, qanın mikroelement tərkibi,İFA üsulu ilə hormonlar, infeksiyalar,onkomarkerlər,bakterioloji müayinələr,qanın hemostaz göstəriciləri müayinə olunur.Müayinələrin təhlilləri yüksək ixtisaslı həkimlər və orta tibb personalı tərəfindən tez və keyfiyyətli icra olunur.Sterilizasiya və təhlükəsizlik qaydalarına ciddi surətdə əməl olunur. Medi Lux klinikası olaraq daim sağlamlığınızın keşiyindəyik.