Medical Life stomatoloji mərkəz Bakıxanov filialı xəritədə

Medical Life stomatoloji mərkəz Bakıxanov filialı

Bakı, Bakıxanov qəsəbəsi, Sabunçu rayonu, Sakit Qocayev küçəsi, 39A AZ1000 *** 1 səs

Medical Life stomatoloji mərkəz Bakıxanov filialı haqqında

Medical Life klinikası 01.08.2009 tarixindən səhiyyənin ən vacib sahələrindən biri olan stomatologiyanın bütün bölmələri ilə xidmətinizdədir. Klinikamızın iş hədəfi həkimlərimizin professionallığı ilə müasir texnologiyanın vəhdətini yaratmaqdır.Klinikanı təchiz edən ən müasir avadanlıqlar Almaniya və Türkiyənin qabaqcıl şirkətlərinin məhsuludur.Klinikada Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq alətlərin və otaqların sterilizasiyası təmin edilir. Xəstələrimizin bizə olan inamı bizim etibarlılığımızın və cavabdehliyimizin ən əsas şahididir.

Medical Life klinikasının fəaliyyəti

Klinikamız stomatoloji xidmətləri ilə həftənin 6 günü saat 9:00-dan 19:00-a qədər xidmətinizdədir.Medical Life klinikasında ortodontiya və implantologiya da daxil olmaqla bütün növ stomatoloji xidmətlər həyata keçirilir. Müalicə ortopontomoqrofik görüntünün alınması ilə geniş həcmli konsultasiyadan və ilkin həkim müayinəsindən başlayır. Klinikada hər bir pasientə fərdi yanaşılır. İstənilən tibbi preparat pasientin fərdi xüsusiyyətlərinə uyğun olaraq seçilir. Pasientlərin klinikada qəbulu xüsusi kompyuterdə qeydiyyata alınmaqla həyata keçirilir. Hər bir pasient dişin bərpasına sərf ediləcək müddəti və xidmətin dəyərini bilmiş olur. Müalicənin nəticələrini müşahidə etmək məqsədilə kompyuterin vasitəsilə klinikada tam müalicə kursu qəbul etmiş pasientlərlə mütəmadi əlaqə saxlamaq mümkündür.

Medical Life klinikasının xidmətləri

  • Terapiya
  • Ortopediya
  • Cərrahiyə
  • Ortodontiya
  • Uşaq stomatologiyası
  • Dişlərin ağardılması
  • Estetik restavrasiya
  • Gigiyena və profilaktika
  • Dişlərin implantasiyası