Şəfa Müalicəvi Diaqnostika Mərkəzi xəritədə

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi

Bakı, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi, 84 AZ1011 *** 3 səs

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi haqqında

"Şəfa" MDM Azərbaycanda ilk özəl tibb mərkəzlərindən biri kimi fəaliyyətinə 1996-cı ildə başlamışdır."Şəfa" MDM-in fəaliyyətinin əsas istiqaməti əhaliyə və tibb müəssisələrinə qabaqcıl diaqnostik laborator xidmətlər göstərməkdir.Zamanla sınaqdan çıxmış çoxillik iş təcrübəmiz və sertifikatlaşdırılmış yeni nəsl avadanlığı ilə təchiz olunmuş müasir yüksək texnalogiyalı laboratoriyalarımız qısa vaxt ərzində geniş spektrli düzgün və dəqiq analizlərin aparılmasına imkan verir.Biz hal-hazırda pasiyentlərə dəqiq diaqnoz qoymaq və onların müalicəsində yaxşı nəticə əldə etmək istəyən həkimlərə kömək üçün geniş spektrdə müxtəlif laborator testlər (geniş yayılmış qanın kliniki analizindən xüsusi nadir tədqiqatlara kimi) və şərh üçün asan başa düşülən nəticə blankları hazırlayırıq.

Şəfa klinikasının laborator xidmətləri

Bizim klinikamızda laborator diaqnostika üzrə arasında müxtəlif elmi dərəcələri olan yüksək ixtisaslı mütəxəssislər işləyirlər.Təcrübəli əməkdaşlarla yanaşı,öz təcrübəsini daima artıran gənc həkimlər,laborantlar və texniki işçilər də çalışırlar."Şəfa" MDM-də aparılan müayinələrin nəticələri nəinki Azərbaycanın bütün tibb müəssisələrində, eləcədə MDB və Avropanın inkişaf etmiş ölkələrində də tanınır.Bizim mərkəzdə əsas istiqamət sayılan laborator diaqnostika ilə yanaşı müxtəlif müalicəvi və diaqnostik prosedurlar(Rentgen,USM,EKQ,EXO-KQ,REQ,EEQ, endoskopiya,plazmaferez,ozonoterapiya)aparılır.Poliklinik şöbədə Azərbaycanda və ondan kənarda tanınmış yüksək ixtisaslı həkim-mütəxəssislər işləyir.

Şəfa Müalicəvi Diaqnostika Mərkəzinin fəaliyyəti

"Şəfa" MDM öz fəaliyyətini müxtəlif illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyyi tərəfindən verilmiş lisenziya və sertifikatlar üzərində qurur.Çoxillik iş təcrübəmiz, mütəxəssislərimizin yüksək kvalifikasiyası ,mükəmməl biliklər və laborator diaqnostika sahəsində tətbiq edilən dəqiq nəzarət sistemi,innovasiya texnologiyalarının tətbiq edilməsi,elmi-tədqiqat institutları,tibb müəssisələri və dünyanın tibb avadanlıqları istehsal edən qabaqcıl şirkətləri ilə kooperasiya, üstəlik keyfiyyətli xidmət kompleks şəkildə dolğun nəticə əldə etməyə imkan yaradır ki,bu da həkimləri və onların pasiyentlərini tam təmin edir.

Mərkəzimizin əsas üstünlükləri

  • Tibb sahəsində çoxillik iş təcrübəsi;
  • Avropanın inkişaf etmiş ölkəlrində laborator diaqnostika üzrə treninqlər keçmiş yüksək ixtisaslı mütəxəssislər;
  • Pasiyentlərin rahatlığı üçün iki növbəli iş qrafiki (07:00-19:00);
  • Beynəlxalq sertifikatlar almış yeni nəsl avadanlıqları ilə təchiz olunmuş tam avtomatlaşdırılmış diaqnostik laboratoriyalar;
  • Geniş spektrli laborator testlər;
  • Qurulmuş dəqiq sistem adlı ştrix kodların vasitəsilə laborator nümunələrin daxili nəzarətinə imkan yaradır;
  • Ən qısa zaman ərzində laborator testlərin nəticələrinin verilməsi;
  • Asan şərh üçün nəticə blankları;
  • Bütün tibb xidmətlərində qıvraq güzəşt sistemi qüvvədir.