Medi Club xəritədə

Medi Club

Bakı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 119 AZ1010 *** 1 səs

Medi Club haqqında

МediClub özəl, transmilli tibbi şəbəkə olmaqla Azərbaycan və Gürcüstanın ərazisində yerləşən 1 çoxprofilli xəstəxanadan, 6 tibbi və 19 sənaye klinikalarından ibarətdir. Müəssisələr şəbəkəsi vahid alarm mərkəzdən idarə olunur.MediClub — təcili və təxirəsalınmaz tibbi yardım, diaqnostika fəaliyyəti, yenidoğulmuş dövrdən başlayaraq uşaqlara və böyüklərə göstərilən müalicə və profilaktika işi üzrə ölkənin tibb bazarında liderliyini qoruyub saxlayır. Şirkətdə yerli qanunvericilik tələbləri və beynəlxalq praktik təcrübəni nəzərə almaqla ümumi profilli həkimlərin müalicə-profilaktika prosesində effektiv iştirak sistemi fəaliyyət göstərir.

MediClubun fəaliyyəti

MediClub yerustu və hava tibbi təxliyələrinin təxliyələrinin təşkilində ölkədə liderlik mövqeyini möhkəm qoruyub saxlayaraq yerli və xarici sığorta şirkətləri ücün tibbi asistans kompaniyasi kimi aparıcı rol oynayır.Diversifikasiya olunmuş pasiyent bazası özəl və korporativ müştərilər, müxtəlif şirkət əməkdaşları, beynəlxalq təşkilatlar, səfirliklər və onların ailə üzvləri, həmçinin Azərbaycan və xarici ölkə vətəndaşlarından ibarətdir.Külli miqdarda beynəlxalq sazişləri və xarici həmkarların olmasını nəzərə alaraq şirkətin Londonda rəsmi numayəndəliyi təsis olunmuşdur.MediClub 2005-ci ildən etibarən UKAS tövsiyələrinə əsaslanaraq idarəetmədə keyfiyyət sistemi ISO 9001:2008 və idarəetmədə təhlükəsizlik sistemi BS-OHSAS 18001:2007 vaxtaşırı sertifikatlaşdırılma üzrə mütəmadi xarici auditlər keçir. Bu auditlər aşağıdakı tibbi sahələri əhatə edir:

  • Ümumi praktika
  • Stasionar xidməti
  • Ambulator-poliklinik xidmət
  • Pediatriya xidməti
  • Ambulans xidməti
  • Təcili və təxirəsalınmaz yardım
  • Ambulans xidməti
  • Təcili yardım
  • Təxirəsalınmaz yardım
  • Sanitar auditləri
  • Laborator işi
  • Ilkin yardım kurslarının keçirilməsi
  • Tibbi təxliyə
  • Sənayə təbabəti
  • Saytlarda tibbi yardım