Medeks Texniki Servis Departamenti xəritədə

Medeks Texniki Servis Departamenti

Bakı, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 17B AZ1000 *** 3 səs

Medeks Texniki Servis Departamenti haqqında

Medeks MMC-nin nəzdində fəaliyyət göstərən servis departamenti, dünyanın bir çox ölkələrində təhsil almış və tədris keçmiş yüksək ixtisaslı texnik və elektron mühəndislərinin köməyi ilə sizin istifadənizdə olan tibbi, kosmetoloji və SPA avadanlıqlarının servisini, təmirini, dövri baxışını həyata keçirməklə, mərkəzinizin fasiləsiz fəaliyyətini təmin etmək imkanları ilə xidmətinizdədir. Departament texniki cəhətdən tam təchiz olunmuş ofis, çağırışlara operativ reaksiya vermək üçün nəqliyyat vasitələri ilə təmin olunmuşdur. Bu cəhətdən təmirə ehtiyacı olan cihazlar operativ olaraq həm yerində, həm də ofisə gətirilərək təmir edilir və təcili olaraq sahibinə təhvil verilir. Digər tərəfdən cihazlarda yaranmış nasazlıqların xarakterindən asılı olaraq Medeks şirkəti Sizi lazımi ehtiyat hissələri, həmçinin yeni, daha müasir cihazlarla təmin etmək iqtidarındadır. Bu məqsədlə Medeks MMC-nin müvafiq şöbələri tibbi, laborator, kosmetoloji və SPA sahəsində meydana çıxan yenilikləri mütəmadi olaraq izləməklə yeni, müasir texnologiyaların Azərbaycana gətirilməsi və tətbiq edilməsi işini uğurla davam etdirir.