Master Tibot Şüvəlan t.m. xəritədə

Master Tibot Şüvəlan t.m.

Bakı, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, 68 AZ1000 *** 1 səs

Master Tibot Şüvəlan t.m. haqqında

1998 ci ildə təsis olunan Master Tibot mağazası, Azərbaycanda “Yapı market” mağazaçılığının banisidir. Şirkət bu günə qədər “Yapı market” olaraq fəaliyyət göstərməklə yanaşı, böyük inşaat layihələrinə də xidmət göstərmişdir. İstehlakçıların ehtiyaclarını və Azərbaycan bazarının tələblərini də diqqətlə izləyən şirkət, “hər şey ev üçün” konseptini də Azərbaycana gətirmişdir. Bu konseptdə hələ də ölke bazarının lideri olan şirkət, istehlakçılara bol çeşid, uyğun qiymət və gülərüz xidmət təqdim edərək, onların hər bir ehtiyacını asanlıqla əldə etmələrinə kömək etmək və yaşayış stillərini inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdur.

Master Tibot mağazasının fəaliyyəti

Master Tibot müvəffəqiyyətinin təməlini, istehlakçıları daim ön planda tutan professional bol çeşid və axtardığını ən qısa zamanda tapmağı hədəfləyən malların sərgilənmə metodunda axtarmaq lazımdır. Master Tibot mağazası 65000-dən çox olan keyfiyyətli məhsul çeşidini, prinsipial və böyük təcrübə sayəsində müəyyən etmişdir. Bu səbəbdən də mağazada ev, villa ve sexler üçün çox geniş məhsul alternativi ilə yanaşı, şirkət və müəssisələr üçün də professional mallar tapmaq mümkündür. Master Tibot dünyasında maşın aksesuarları, inşaat malları, inşaatda istifadə olunan kimyəvi maddələr, hamamxana ve duş məhsullarını, dekorativ və xırdavat mallarını, elektriklə işləyən avadanlıqları, boyalar və yapışdırıcıları, taxta və mebel məmulatlarını, işıqlandırma mallarını, bağça mebelleri və avadanlıqlarını, müxtəlif növdə divar kağızlarını, xalçaları və minlərlə fərqli çeşiddə malları tapa bilərsiniz.

Master Tibotda satılan mallar

Master Tibotda satılan malların seçilməsinə xüsusi diqqət yetirilməkdədir. Göstərilən bu diqqət, rəflərdəki zəngin marka çeşidlərinde öz əksini tapmaqdadır. Şirkət, yerli məhsullarla yanaşı, Türkiyə və Avropadan idxal edilən mallarda da ancaq yüksək keyfiyyət şərtlərinə və xalqın alıcılıq qabiliyyətinə uyğunluğunu analiz etdikdən sonra, satın alınmasını həyata keçirir.Master Tibot, Azərbaycanda və xaricdə ən yüksək təshil almış müdirlər tərəfindən idarə olunmaqdadır. Şirkətin idarəsi, satış və marketinq, satınalma, bölgələrə paylama, logistika, insan resursları və xaricdə yerləşən satınalma ofislərindən ibarətdir. Satdığı malları çox gözəl tanıyan, gülər üzlü satıcılar şirkətin mənəvi zənginliyini əmələ gətirən başlıca ünsürlərdir.