Mandarin Qadınlar Kafesi xəritədə

Mandarin Qadınlar Kafesi

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 110 AZ1000 *** 2 səs

Mandarin Qadınlar Kafesi haqqında

Mandarin Xanımlar Kafesi qadın əyləncə gecələri, ad günləri, qız məclisləri, Xna-Yaxdı və həyatınızın digər mühüm hadisələrini qeyd etmək üçün ideal şəraitə malikdir. Rahat və əlverişli şərait, yüksək keyfiyyətli xidmət və dadlı yeməklər sizin əyləncə gecənizi valehedici etməyə imkan yaradacaq! Siz bütün diqqətinizi qonaq siyahısına və ziyafət geyiminizə cəmləşdirə bilərsiniz, qalan bütün öhdəliklər bizlikdir!

Mandarin Qadınlar Kafesinin xidmətləri

Mandarin Qadınlar Kafesi həm rəfiqələrinizin əhatəsində sakit axşam, həm də unudulmazbayram keçirtmək üçün çox uyğun olacaq. Burada siz rəfiqələrinizlə birlikdə tamamilə rahat və çox gözəl vaxt keçirə bilərsiniz. İstər axşamınız səs-küylü keçsin, istərsə də sakit, əsas odur ki, səmimi ortam olsun. Mandarin Qadınlar Kafesi rəfiqələrinizlə əyləncəli şənliklər üçün də mükəmməl seçimdir. Burada siz öz ad gününüzü hər anından zövq alaraq qeyd edə bilərsiniz! Hətta yıxılana qədər rəqs etmək olar. Oxumaq həvəskarları üçün isə kafemizdə karaoke mövcuddur. Sərfəli qiymətlər və ləziz təamlar sizin bayramınızı daha da unudulmaz edəcək.

Tələbəlik günləri Dərslərarası fasilələrdə bizim kafemizə qəlyanaltı etməyə və ya şirniyyatla isti çay içməyə gələ bilərsiniz. Burada dərslərə hazırlaşmaq, pulsuz internetdən istifadə və ya musiqi dinləyib sadəcə dincəlmək olar. Xına-yaxdı Siz həyatınızda ən vacib və xoş tədbirə hazırlaşırsınız? Toy - xüsusi hadisədir! Mandarin Qadınlar Kafesi isə toydan əvvəl olan xna-yaxdı məclisini keçirtmək üçün sizə ən uyğun məkan ola bilər. Təklik Və ən vacibi! Kişilərə giriş qəti qadağandır!;) Təklikdə qalıb fikrinizi toplaşdırmaq istəyirsiniz? Mandarin Qadınlar Kafesi elə bir yerdir ki,burada rahatlıqla tək otura bilər, yalnızlığınızdan da zövq ala bilərsiniz. Kitab oxumaq, işlərinizi planlaşdırmaq və ya sadəcə xəyala dalmaq. Bir fincan ətirli kapuçino lap yerinə düşmüş olacaq.Və ən vacibi!