Gənc Istedadlar Liseyi xəritədə

Gənc Istedadlar Liseyi

Bakı, Yasamal rayonu, Cəmil Əhmədov küçəsi, 41 A AZ1000 *** 4 səs

Gənc Istedadlar Liseyi haqqında

17 aprel 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Xüsusi istedada malik olan şagirdlərin (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” qəbul edilmişdir. Bu proqrama uyğun olaraq görkəmli kimyaçı alim, millət vəkili, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun təşəbbüsü və səyi, həmçinin Respublika Təhsil Naziriliyinin razılığı ilə 2007-ci ildən BDU nəzdində “Gənc istedadlar” liseyi fəaliyyət göstərir.

Gənc istedadlar liseyinin fəaliyyəti

Liseyin başlıca vəzifəsi milli amallara xidmət edəcək gənc istedadları axtarıb üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, dərin biliyə, həmçinin yüksək mənəvi keyfiyyətlərə malik gənclər yetişdirməkdən ibarətdir. Lisey öz fəaliyyətində ümumtəhsil məktəblərinin nümunəvi tədris proqramlarını əsas götürməklə yanaşı, həmçinin BDU-nun Elmi Şurasının tövsiyələrini, təhsil və tərbiyə haqqında müasir pedaqogikanın son nəaliyyətlərini də rəhbər tutur. Lisey təsisçisi Bakı Dövlət Universitetidir; lisey BDU-nun tabeliyindədir. Lisey 5 il ərzində formalaşmışdır, belə ki, hazırda tələb olunan kadrlara və maddi-texniki bazaya malikdir.