Lüks Lənkəran Otel xəritədə

Lüks Lənkəran Otel

Qala Xiyabanı küçəsi, Lənkəran, 11 AZ4200 *** 1 səs

Lüks Lənkəran Otel haqqında

Luks Lənkəran hotelində Lənkəran şəhərinin gəzməli-görməli yerlərinə vaxtınıza qənaət etməklə rahat gedə bilərsiniz. Hotelimizi Lənkəran Dəmir Yol vağzalı ilə 5-dəqiqəlik piyada yol ayırır. Biz sizi zəngin və mənzərəli guşələrini ziyarət etməyə dəvət edirik. Bizim hotel keçmişin ənənələrini və indiki rahatlığını birləşdirən bir hoteldir. Biz sizi zəngin tarixi olan Lənkəran şəhərinin, gözəl yerlərini ziyarət etməyə dəvət edirik. Bura hər bir qonaq üçün çox ideal bir yerdir. Lüks Lənkəran hotelinə daxil olan hər bir qonağımız burada ev rahatlığı, isti münasibət, gülər üz və qusursuz personal xidməti ilə qarşılaşır. Luks Lənkəran hoteli özündə yenilik və müasirliyi birləşdirən məkandır. Burada sizi rahat və gözəl otaqlar, sizin istirahətinizi qayqısız edəcək.

Luks Lənkəran hotelin otaqları

Lüks Lənkəran hotelində müxtəlif dəbli üslubda nəzərdə tutulmuş 24 nömrədən ibarət otaqlar istifadədədir.Hotelin otaqlarında hər kəs özünün rahat və kanfortlu hiss edə bilər.Luks Lənkəran hotelin otaqlarının interyeri, mebel və avadanlığının təbii rəngləri, işıqlandırma qonaqlarda yaxşı hiss yaradır. İncəsənət rəsmləri otaqları bəzəyir. Əksər otaqların pəncərələri şəhərin mərkəzi küçələrinə açılır.

Hotelimiz qonaqlarımız üçün aşağıdakı növdə otaqlar təklif edir:

  • Single (Tək otaq) - 40 AZN
  • Twin (Standart) - 70 AZN
  • French (Standart) - 70 AZN
  • Junior (Deluxe) - 80 AZN
  • Luxe - 120 AZN

Luks Lənkəran Otelin xidmətləri

  • Sutka ərzində qəbul
  • Sürətli qeydiyyat giriş və çıxış üçün
  • Otaqlara xidmət
  • Wi-Fi
  • Səhər tezdən durmağın sifarişi
  • Şəxsi məktubların otaqlara çatdırılması
  • Qonaq üçün məlumatların qəbul olunması
  • Camaşırxana
  • Faks
  • Gözəllik salonu
  • SPA salon
  • Hovuzlar
  • Türk və Finn sauna
  • Massaj kabineti
  • İdman avadanlıqları
  • İstirahat zonası
  • Restoran 60 nəfərlik

Lüks Lənkəran Restoran

Bizim restoranın ziyarətçiləri azərbaycan mətbəxi haqqında tam və dolğun məlumat ala bilər. Eləcədə siz bizim aşpazların avropa mətbəxindən hazırladığı yeməklərdən dada bilərsiniz. Lüks Lənkəran Restoranının qapıları səhər saat 07:30-dan sizin xidmətinizdədir.

  • Səhər yeməyi 07:30-dan 10:00-dək davam edir.
  • Restoran 60 nəfərlikdir.
  • Şərq mətbəxini sevenlərə burada xüsusi menyu təklif olunacaq.
  • Burada səhər yeməyi, nahar və şam edərkən xoş anlar keçirə bilərsiniz.

Lüks Lənkəran Restoranında gün ərzində sizə Avropa və Şərq mətbəxinin təamlarından dadılması təklif olunur. Burada çoxlu desertlər və içkilərdən dada bilərsiniz. Bizim restoranın dadlı yeməkləri və xoş münasibəti hər kəsə xoş gəlir. Restoran sevimli olmaq üçün bütün bunlara ehtiyac duyulur!

Lüks Lənkəran SPA

SPA LÜKS – finn sauna və türk hamamları təklif edir. Burada siz ekzotik rahatlıq, hovuzların aeromassajı, massaj kabineti, kosmetoloji prosedurlardan istifadə edə bilərsiniz. SPA mərkəzi aromatlı yağlardan istifadə etməklə klassik massaj, manikur, pedikur, sifət və bədən nahiyəsinə prosedurlar təklif edir. Mərkəzdə idman avadanlıqlardan istifadə etməyə sizin üçün şərait yaradılıb. Hoteldə gözəllik salonu fəaliyyət göstərir. Burada xanımlar üçün təcrübəli stilist-ustalar çalışır. Salonda lüks kosmetikadan istifadə olunur. Xoş müsiqi, zərif dekor sizin zövqünüzə oxşayacaq. Biz həyatın xoşbəxtliyi və sağlamlığın duymaq, unikal imkanlar əldə etmək üçün sizə bu cür zövqlü imkanlar təklif edirik.

  • Gözəllik salonu
  • SPA salon
  • Hovuzlar
  • Türk hamamı
  • Finn hamamı
  • Massaj kabineti
  • Fitnes zal

Sağlamlığın və gözəlliyin qiymətləndirənlər üçün, SPA mərkəzinin xidmətindən istifadə təklif edirik. Biz sizə gündəlik problemlərdən bir anda ayrılmağınızı və rahat istirahət etməyinizi təklif edirik.

  • 1 nəfər üçün – 1 saat 30 dəqiqəlik ekonom xidməti - 15 AZN
  • 1 nəfərdən - 4 nəfərə qədər – 1 saatlıq Vip xidmət - 50 AZN
  • 5 nəfər - 1 saatlıq Vip xidməti - 60 AZN
  • 6 nəfər - 1 saatlıq Vip xidməti - 70 AZN