LS Inter Invest xəritədə

LS Inter Invest

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1065 *** 1 səs

LS Inter Invest haqqında

LS InterInvest şirkəti 2009-cu ildən Avropanın ən dinamik inkişaf edən ölkələrindən biri - Çexiya Respublikası ilə bağlı xidmətlərin tam spektrini təqdim edir.Şirkətimiz vasitəsilə Siz Çexiyada daşınmaz əmlak əldə edə bilərsiniz , Çexiyanın ən yaxşı universitetlərində təhsil ala bilərsiniz, Çexiya Respublikasında öz biznesinizi qura və ya hazır biznesi satın ala bilərsiniz, eləcə də ölkənin dünya şöhrətli sanatoriyalarında keyfiyyətli müalicə keçə bilərsiniz.O cümlədən, şirkətimizin ofisinin nəzdində dil kursları fəaliyyət göstərir ki, burada da ixtisaslaşmış müəllimlər Sizə çex dilini öyrənməkdə köməklik göstərəcəklər. Tədris rus və azərbaycan dillərində aparılır.

LS InterInvest şirkətinin məqsədləri

  • Azərbaycan məktəblilərinin və tələbələrinin keyfiyyətli avropa təhsili almasını təmin etmək
  • ölkə vətəndaşlarının Çexiyada daşınmaz əmlak almasına şərait yaratmaq
  • Azərbaycanın işgüzar şəxslərinə Çexiya Respublikasında investisiya iqliminin cəlbediciliyini göstərmək
  • Çexiyanın məşhur müalicə kurortlarında müalicə almaq üçün bu gözəl ölkəyə baş çəkmək istəyən həmvətənlərimizə köməklik göstərmək

Ötən illər ərzində biz bu məqsədlərə nail olmaq istiqamətində planlı şəkildə hərəkət edirik. Bu gün biz fəxrlə deyə bilərik ki, sadaladığımız sahələrin hər biri üzrə Çexiyanın yalnız ən yaxşı şirkətləri bizimlə əməkdaşlıq edir. Məsələn, biz Praqa Tədris Mərkəzinin (PEC) regional nümayəndəsiyik ki, onun da rusdilli abituriyentlərin hazırlığı üzrə proqramı haqlı olaraq Çexiyada ən yaxşı proqram hesab edilir.Hər il «LS InterInvest» şirkəti sayəsində bizim onlarla həmvətənimiz həm bu heyranedici ölkəni – Çexiyanı, həm də onun biznes, təhsil və yaşayış üçün təqdim etdiyi zəngin imkanları kəşf edirlər.