Loqos Uşaq İnkişafı Mərkəzi xəritədə

Loqos Uşaq İnkişafı Mərkəzi

Bakı, Nərimanov rayonu, Qarabağ küçəsi, 71 AZ1000 *** 4 səs

Loqos Uşaq İnkişafı Mərkəzi haqqında

Biz gələcəyimiz olan uşaqlarımızı düşündüyümüz üçün, “LOQOS” adlı nitq inkişafı mərkəzini yaratmağı qarşımıza məqsəd qoyduq və yaratdıq. Budur mərkəzimiz artıq sizin xidmətinizdədir. "Loqos" nitq inkişafı və korreksiyası mərkəzi uşaqlara və yeniyetmələrə psixo-pedaqoji yardım göstərir. Mərkəzdə uşaq və yeniyetmələr üçün loqopedik və defektoloji xidmətin geniş spektri təqdim olunur. İlk yaşlarından başlayaraq uşaq və yeniyetmələrə mütəxəssislər tərəfindən psixoloji, pedaqoji və korreksion istiqamətdə məsləhətlər verilir. Təcrübəli və professional defektoloq, loqoped və psixoloqlar uşağınızın ümumi və nitq inkişafını müayinə edib, qiymətləndirib və islah işini tərtib edəcək.

Loqos Uşaq İnkişAF Mərkəzinin fəaliyyəti

Uşaq və yeniyetmələrdə psixoloji gərginlik, aqressiv hallar və özünəinamsızlıq kimi hallar psixoloqlar tərəfindən aradan qaldırılır. Baza ixtisaslı professional loqopedlər uşaqlarda aşkarlanan bütün növ tələffüz qüsurlarını aradan qaldırır(dislaliya, dizartriya, alaliya). Həmçinin kəkələmənin müalicəsi və profilaktikası üzrə də məşğələlər aparılır. Loqopedik ritmika, qum və musiqi terapiyalardan istifadə edilir. Mərkəzdə həm də sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmətlər təklif olunur (Daun sindromlu uşaqlar, ilkin uşaq autizmi, əqli cəhətdən geri qalan uşaqlar, psixi inkişafın ləngiməsi, kar və zəif eşidən uşaqlar). Bu kateqoriyalı uşaqlara psixo-pedaqoji, loqopedik və müalicəvi idman məşğələləri mütəxəssislər tərəfindən keçirilir. Serebral iflicli uşaqlar üçün profesional massajist tərəfindən müalicəvi massaj seansları təklif olunur. Mərkəzdə həm də məktəbəqədər hazırlıq kursları da fəaliyyət göstərir. Məşğələlər və dərslər azərbaycan və rus dillərində aparılır. Mərkəzimiz haqqında daha ətraflı məlumatı müvafiq bölmələrdə əldə edə bilərsiz.

Loqos Uşaq İnkişaf Mərkəzinij xidmətləri

  • Tədris kursları
  • Surdopedaqoq
  • Müalicəvi massaj və fizioterapiya
  • Məktəbəqədər hazırlıq
  • ART terapiya
  • (musiqi və qum terapiyası)
  • Loqoped
  • Defektoloq
  • Psixoloq