Lerik Rayonu İcra Hakimiyyəti xəritədə

Lerik Rayonu İcra Hakimiyyəti

H. Əliyev meydanı, Lerik, 1 AZ4300 *** 0 səs

Lerik Rayonu İcra Hakimiyyəti haqqında

Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. Yanvar 1938-ci ilədək mərkəzi Qosmalian kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 kvadratkilometr əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Rayon əhalisinin sayı 79,6 min (01 yanvar 2014) nəfərdir. Əhalinin 39768 nəfəri və ya 49,9 faizi qadınlar, 25138 nəfəri və ya 32,1 faizi gənclərdir. 2009-cu il əhalinin siyahıyaalınması üzrə məlumatlara əsasən əhalinin 88,49 faizini azərbaycanlılar, 11,42 faizini talışlar, qalanını isə digər millətlərin nümayəndələri təşkil edir.Cənab Prezidentin 20 iyun 2008-ci il tarixli Sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Əhalinin 10,1 faizi şəhərdə, 89,9 faizi kəndlərdə yaşayır. Rayon üzrə əhalinin orta sıxlığı bir kvadratkilometrə 74 nəfər, şəhərdə isə bir kvadratkilometrə 85 nəfərdir.

Lerikin tarixi

Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur.

Lerik rayonu cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Masallı, şərqdə Lənkəran, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd zolağının uzunluğu 49,5 kilometrdir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2493 m) və Qızyurdu yüksəkliyidir (2433 m). 40320 hektar meşə massivi vardır.Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi 52568 hektar və ya ümumi torpaq sahəsinin 53,3 faizini təşkil edir. Torpaq islahatı nəticəsində 13500 ailəyə 13801 hektar torpaq payı verilmişdir ki, orta hesabla hər ailəyə 1,02 hektar deməkdir.Rayonun Respublikaya əsas çıxış yolu olan 56 kilometrlik Lənkəran-Lerik yolu 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yenidən tikilmiş və elə həmən il sentyabrın 8-də açılışında Cənab Prezident iştirak etmişdir.