Lənkəran Ağır Cinayətlər Məhkəməsi xəritədə

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Göyşaban kəndi, Bakı-Astara şossesi, Lənkəran AZ4230 *** 1 səs

Lənkəran Ağır Cinayətlər Məhkəməsi haqqında

Lənkəran Ağır Cinayətlər Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti

Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2010-cu il tarixli Fərmanına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsi yaradılmışdır. Məhkəmə fəaliyyətinə 05 yanvar 2011-ci ildən başlamışdır.

Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri aşağıdakılardır:

1. Ağcabədi rayonu
2. Ağsu rayonu
3. Astara rayonu
4. Beyləqan rayonu
5. Biləsuvar rayonu
6. Cəbrayıl rayonu
7. Cəlilabad rayonu
8. Füzuli rayonu
9. Hacıqabul rayonu
10. Xocavənd rayonu
11. İmişli rayonu
12. Kürdəmir rayonu
13. Laçın rayonu
14. Lerik rayonu
15. Lənkəran rayonu
16. Masallı rayonu
17. Neftçala rayonu
18. Saatlı rayonu
19. Sabirabad rayonu
20. Salyan rayonu
21. Şirvan şəhəri
22. Ucar rayonu
23. Yardımlı rayonu
24. Zərdab rayonu