Ləma Uşaq bağçası xəritədə

Ləma Uşaq bağçası

Babək küçəsi, Sumqayıt, 10-cu mikrorayon AZ1000 *** 3 səs

Ləma Uşaq bağçası haqqında

Ləma uşaq bağçasının əsas məqsədi sizin uşağınızın hərtərəfli inkişafı üçün əlverişli şərait yaratmaqdır. Övladlarınızın dərin biliyə, yüksək mədəniyyətə, əxlaqi və mənəvi keyfiyyətlərə, mütərəqqi dünyagörüşünə malik olan bir şəxsiyyət kimi formalaşmasını istəyirsinizsə “Ləma uşaq bağçası” na müraciət edin.Bağçamızda müxtəlif tədbirlər, bayramlar, gəzintilər, ekskursiyalar, valideynin istəyinə əsasən ad günü tədbirləri təşkil olunur.

Bu tədbirlərin hamısı uşaqların vətənpərvərlik, estetik, fiziki-əxlaqi və əqli tərbiyəsini düzgün formalaşdırmaq üçün həyata keçirilir. Eyni zamanda bütün otaqlarda və həyətyanı sahədə 24 saat işləyən müşahidə kameraları var və siz uşaqlarınızı online görüntü vasitəsilə izləyə bilərsiniz. Uşaqların təhlükəsiz və güvənli şəkildə mənzillərinizə çatdırılması üçün servis xidməti və gün ərzində hərtərəfli təhlükəsizliyin təmin edilməsi üçün mühafizə xidməti də Sizlərin ixtiyarındadır.

Bağçamızda 5 qrup fəaliyyət göstərir:

  • Orta qrup (azərbaycan bölməsi)
  • Böyük qrup (azərbaycan/rus bölməsi)
  • Məktəbəqədər hazırlıq qrupu (azərbaycan/rus bölməsi)

Ləma Məktəbəqədər təhsil

Bağçamızda məktəbəqədər yaşlı uşaqların fiziki, sosial və intellektual hazırılığını həyata keçirmək üçün peşəkar, səriştəli və bacarıqlı, uşaqların fərdi xüsusiyyətlərinin inkişafına önəm verən tərbiyəçilərimiz səylə çalışırlar. Uşaqlara gündə 4 dəfə yemək verilir. Bildiyiniz kimi, düzgün qidalanmanın uşağın sağlam böyüməsində böyük əhəmiyyəti var. Buna görə də menyumuzun tərtib edilməsində qida rasionuna xüsusi diqqət yetirilir. Hər həftənin menyu cədvəli valideynlərə göndərilir.

Bağçamızda tərbiyə və təlim işləri Azərbaycan respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”na əsasən qurulmuşdur. Bağçamızda təlim prosesində interaktiv təlim metodlarından, informasiya texnologiyalarından istifadə etməklə uşaqların yaş və anlaq səviyyəsinə uyğun müvafiq biliklər verir, əqli, fiziki, estetik və praktik işlərə dair bacarıqlar və vərdişlər aşılayırıq. Bağçamızda uşaqların savadlı gələcəyi üçün “Ana dili və bədii ədəbiyyat”, “Riyaziyyat”, “Savad təlimi və nitq inkişafı”, “Ətraf aləmlə tanışlıq” məşğələləri keçirilir. Həftədə 2 dəfə ingilis və rus dili məşğələləri keçirilir. Uşaqların məntiqi təfəkkürünü inkişaf etdirmək üçün şahmat məşğələsi təşkil olunub. Həmçinin “Rəsm”, “Gil işi”, “Quraşdırma”, ”Kəsib yapışdırma” məşğələləri uşaqların estetik zövqünün formalaşdırılmasında mühüm rol oynayır.