Laçın Rayon İcra Hakimiyyəti xəritədə

Laçın Rayon İcra Hakimiyyəti

Taxta-körpü qəsəbəsi, Ağcabədi AZ4100 *** 0 səs

Laçın Rayon İcra Hakimiyyəti haqqında

Laçın rayonu Azərbaycan Respublikasında inzibati – ərazi vahididir. İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Laçın rayonunun tarixi

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaradılması nəticəsində Şuşa qəzası 2 hissəyə bölündü - Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu DQMV-nin tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının DQMV-nə daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il - 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.

Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində bir neçə rayonlar formalaşdırıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.20 may 1992-ci ildə rayon ərazisində Laçın Kürd Respublikası təsis edilib. Lakin 2 gündən sonra, yəni 22 may 1992-ci ildə ərazinin ermənilər tərəfindən işğal olunması nəticəsində belə bir qurumun yaradılması prosesi alınmayıb