La Strada restoranı xəritədə

La Strada restoranı

Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 206 AZ1000 *** 4 səs

La Strada restoranı haqqında

«La Strada» Italyan restoranı - Bakının mərkəzində parlaq və günəşli İtalyanın bir guşəsidir. Bu əfsanəvi ölkənin üslubu restoranın hər bir elementində özünü göstərir: İnteryer dekorunda hər bir xırdalıqdan başlayaraq menyudakı yeməklərin tərkibinə qədər. Menyunun əsasını öz rəngarəngliyi və gözəlliyi ilə ənənəvi İtalyan mətbəxi təşkil edir. İnteryerin əsasında aralıq dənizi memarlıq ənənələri durur: ağardılmış daşlar, hündür tavan, dəbdəbəli bəzəklər, təbii müasirlik. Sadə xətlər, interyerin mono -rəngi ağ -qara şəkillər üçün fona çevrilib, dekorun çoxsaylı ənənəvi elementləri: ədviyyat və xırda mətbəx ləvazimatıları, keramika, şərab şüşələri restoranın interyerinə ev rahatlığı və orijinallıq verir. Döşəmə "antik sadəliyin" ən yaxşı ənənələri ilə hazırlanıb: Сome Valle di Pompei adlanan böyük keramik lövhələrdən ağ -qara mozoika.

Italyan mətbəxinin ləzzəti - «La Strada» Bakı

Burada zövq və harmoniyanı ancaq peşəkarlar həyata keçirir. Serbiyadan olan baş aşpazın yeməkləri - italyan mətbəxinin əsl şedevridir, axı bütün makaron məmulatları (pasta, penne, spagetti) usta tərəfindən əllə hazırlanır. İtalyan mətbəxinin yeməkləri xüsusi diqqət tələb edir və ancaq sevimli işlə məşğul olaraq qeyri -adi zərif dad və nəfis ətir əldə etmək olar. Burada şübhəsiz ki, işləyən kulinar incəsənət ustaları bunun öhdəsindən gəlirlər. Burada italyan mətbəxini sevənlər ənənəvi italyan yeməkləri ilə yanaşı, restoranımızın baş aşpazının öz fantaziyasına əsaslanaraq hazırladığı yeməklərin də dadına baxa bilərlər. Öz qonaqlarımıza hər kəsə məlum olan italyan yeməklərinin "xüsusi" variantını təklif edirik -əsas məqsəd reseptə və tərkibə qeyri -adilik, orijinallıq vermək və dad harmoniyası qatmaqdır. Bizdə balaca qurmanların zövqünə görə seçilmiş uşaqlar üçün menyu da var.