Kürdəmir Rayon İcra Hakimiyyəti xəritədə

Kürdəmir Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, Kürdəmir, 12 AZ1033 *** 0 səs

Kürdəmir Rayon İcra Hakimiyyəti haqqında

Kürdəmir rayon İcra Hakimiyyəti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və “Yerli İcra hakimiyyətləri haqqında” əsasnaməni əsas götürərək rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında dövlət idarəçiliyini həyata keçirir, rayonun sosial-iqtisadi və mədəni inkişafı, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının qorunması, qanuni mənafelərinin müdafiəsi, əhalinin rifahının yaxşılaşdırılması, infrastrukturun genişləndirilməsi, müxtəlif sahələrin inkişaf etdirilməsi məsələlərini tənzimləyir.

Kürdəmir rayonu haqqında məlumat

Kürdəmir rayonu 1930-cu ildə yaradılmışdır.Kürdəmir – «Kür Dəymir» sözlərindən götürüldüyü ehtimal olunur. Yəni Kür çayı daşarkən daşqından əziyyət çəkməyən (suyun çatmadığı yerlər) sahə Kürdəmir kimi adlanmış, zaman keçdikcə «Y» sammiti assimilyasiya (aşınma) olmuş və «Kürdəmir» şəklində işlənmişdir.1963-cü ildə kolxoz-sovxoz istehsalat idarəsi partiya komitələrinin yaranması ilə əlaqədar olaraq Ağsu və Kürdəmir rayonları birləşdirilərək 1963-cü ilin yanvar ayında Kürdəmir kolxoz-sovxoz idarəsi partiya komitəsi yaradılmışdır. 1964-cü ildə Sov. İKP MK-nın plenumunun qərarına əsasən yei sistem ləğv edilərək köhnə struktur bərpa edilmiş və Kürdəmir-Ağsu rayonunları ayrılmış, hər biri müstəqil rayon partiya komitəsi kimi yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2005-ci il 06 oktyabr ayında Kürdəmirə tarixi səfər etmiş, bu zaman Kürdəmir şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2008-ci il sentyabr ayının 24-də Kürdəmir şəhərində Olimpiya İdman Kompleksinin açılış mərasimini keçirmişdir. Prezident Kürdəmirə səfəri zamanı rayonun bütün ziyalıları, ağsaqqalları ilə görüşmüş, öz tövsiyyələrini vermişdir