Kür Hotel xəritədə

Kür Hotel

İslamzadə küçəsi, Mingəçevir, 98A AZ4500 *** 1 səs

Kür Hotel haqqında

Bizim yeni və eleqant Kür mehmanxana və idman kompleksinə xoş gəlmişsiniz. "Kür Hotel" Mingəçevir şəhərinin mərkəzinə yaxın, qumlu çimərliklərindən isə maşınla 5 dəqiqəlik məsafədə füsunkar təbiətin qoynunda, Kür çayının sahilində yerləşir. "Kür Hotel" bütün qonaqlara sərfəli qiymətə, müasir standartlara uyğun yüksək səviyyəli xidmət təklif edir. "Kür Hotel"-in qonaqlarımıza Kür çayına əsrarəngiz mənzərə ilə açılan 48 otaq və apartamentlər təklif edir. Bu otaq və apartamentlər bütün 4 ulduzlu otellərdə rast gəlinən beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilmişdir ki, bu da öz növbəsində qonaqları öz evindəki kimi hiss etməyə imkan verir.

Xidmətlərimiz

İstirahət zamanı siz müasir olimpik standartlarına uyğun üzgüçülük hovuzu, trenajor zalı, geniş imkanlı idman zalı və açıq səma altında yerləşən tennis kortundan isitfadə edə bilərsiniz. İdmandan sonra isə sauna, buxar otağı və yumşaq massaj sizi tam rahatlığa qərq edəcək. Kür çayı üzərində gəmi ilə gəzinti və balıq ovu isə sizlərə tam başqa istirahət bəxş edəcək. Özünüzü və yaxud ailə və yaxınlarınızın sağlam idman formasında olmağını istəsəniz bizim gülərüz və professional idman mütəxəssislərimiz fitnes və relaks idman proqramları ilə sizi təmin edə bilər.

Otaqlar

Kür çayının sahilində yerləşən otelimiz sizləri rahat və geniş otaqları ilə təmin edir, və bütün otaqlarımız kür çayı ilə birgə Qafqaz sıra dağlarının görüntüsünə malikdir. Hər gün can atmaq istədiyiniz tam istirahəti bizdə edin, idman xüsusiyyətlərimizdən istifadə etməzdən əvvəl enerjinizi yüksəldin. Bunun üçün sizə xidmətlərimizi təklif edirik:

  • Səkkiz single otaq
  • Otuz beş double otaq
  • İki Junior suite
  • İki King suite
  • Bir Family suite