Kür Bakı ofisi xəritədə

Kür Bakı ofisi

Bakı, Xətai rayonu, Xocalı prospekti, 19 AZ1014 *** 1 səs

Kür Bakı ofisi haqqında

KÜR” Elektron Avadanlıqları İstehsalı müəssisəsi 2005-ci ildə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin-"Teleradio" İstehsalat Birliyi və “SİNAM” şirkəti tərəfindən Mingəçevir şəhərində yaradılmışdır. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. “KÜR” müəssisəsinin yaradılması zamanı istehsalat prosesinin təşkili və yeni yüksək texnoloji məhsulun bazara çıxarılması üzrə Avropa və Tayvan təcrübəsi yaxından öyrənilmişdir. Müəssisənin istehsal gücü sutkada 140 kompüterin yığımını həyata keçirməyə imkan verir. Müəssisədə hazır kompüterlərin testdən keçirilməsi üçün termik kamera quraşdırılmışdır. Bu termik kamerada bütün hazır məhsullar 24 saat ərzində testdən keçirilir. Hal-hazırda “KÜR” müəssisəsində “KÜR” və "Prestije" ticarət markaları altında kompüterlər yığılır. Regionda analoqu olmayan bu əməkdaşlıq “KÜR” müəssisəsində istehsalın tam dünya standartlarına uyğun olmasından xəbər verir. Yaxın gələcəkdə “KÜR” müəssisəsində digər elektron avadanlıqların da buraxılması nəzərdə tutulmuşdur.