"Künefe Evi" 2013-cü ildə Bakıda fəaliyyətə başlayıb. Hazırda kafemizin Bakıda Səbail və Yasamal rayonlarında iki şöbəsi fəaliyyət göstərir.
Türkiyənin məşhur şirniyyat növü olan künefenin adı ilə adlandırılan məkan künefe ilə yanaşı, müxtəlif növ paxlavalar, kadayıf çeşitləri, dadlı poaçalar,smitlər, tortlar, bir sözlə Türkiyə və Avropa mətbəxinin ləziz şirniyyatlarını təklif edir. Məhsulların hazırlanmasında Türkiyədən idxal olunan xammaldan istifadə olunur.Müştərilərinə məşhur türk ustalarının hazırladığı şərq şirniyyatını təqdim edən “Künefe evi” həm də səhər yeməyi təklif edir. Xüsusi səhər yeməyi menyularımızda müştərilərə 20-ə yaxın təam təqdim edirik: 5-6 növ pendir,4-5 növ mürəbbə, Azərbaycanın və Türkiyənin ən yaxşı məkanlarından gətirilmiş təmiz bal və qaymaq, qovurmalı yumurta...
"Künefe evi" müştərilərinə dönər, lahmacun, pizza və pide çeşidləri, kabab və sac yeməkləri, müxtəlif növ isti və soyuq salatlar,qəlyanaltılar, isti və soyuq içkilər, dondurmalar təklif edir.“Künefe evi”ndə Siz 10-a yaxın xəstəliyin dərmanı olan fərqli “Menengiç qəhvəsi” də dada bilərsiniz.“Künefe evi”də Siz məhsulların hazırlanma prosesi ilə tanış ola biləcəksiniz.Tanınmış türk ustaları gözünüzün önündə Sizin üçün künefe hazırlayacaqlar.Məkanımızda alkoqollu içkilər servis edilmir. Bura Sizin ailəniz, sevdikləriniz, dostlarınızla gəlib dincələ biləcəyiniz rahat məkandır.Siz “Künefe evi”nə əvvəlcədən telefonlar və ya saytımız vasitəsilə sifariş edə bilərsiniz."Künefe Evi" həmçinin Sizin sifarişlərinizin evlərə və ofislərə pulsuz çatdırılmasını da həyata keçirir.