Qafqaz Konserv Zavodu xəritədə

Qafqaz Konserv Zavodu

Xaçmaz, Xaçmaz-Yalama-Rusiya yolu, 157 AZ2703 *** 1 səs

Qafqaz Konserv Zavodu haqqında

Azərbaycanın Şimal bölgəsində, Xaçmaz şəhərində fəaliyyətə başladığı gündən inkişaf yoluna qədəm qoymuş Qafqaz Konserv Zavodu Keyfiyyətli məhsul istehsal etmə yönündə daim yüksəliş pillələri ilə irəliyə addımlamaqdadır. Müəssisədə 350-dən artıq işçi çalışır ki, bu da Xaçmaz bölgəsinin inkişaf amillərindən biridir. Qafqaz Konserv Zavodu 08/11/2005-ci tarixindən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistem Sertifikatına sahibdir (Sertifikat № KY-4187/05) və bütün sənədləşmə , eyni zamanda istehsal proses işlərini Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslandırmaq şərti ilə Beynəlxalq normalar çərçivəsində həyata keçirir. Qafqaz Konserv Zavodunun rəhbərliyi istehsal olunan məhsulların keyfiyyəti ilə bağlı bütün standartların (DÜST, QOST, TSE) tətbiqi sahəsində lazımi əməliyyatlar aparmaqdadır.Daim keyfiyyətli məhsul və xidməti ilk hədəf olaraq seçmiş Qafqaz Konserv Zavodu istehsal kəmiyyəti cəhətdən də yüksək inkişafa malikdir.

Qafqaz Konserv Zavodun missiyası

  • Əsas fəlsəfəsi müştəri məmnuniyyəti olan “Qafqaz Konserv Zavodu” MMC təbiətin əl dəyməmiş ləzzətini, təhlükəsiz və diqqətlə emal edərək bu diqqəti istehsalın ilk mərhələsindən başlayıb müştərisinə qovuşduruncaya qədər davam etdirməkdədir.
  • İstehsala başladığı ilk gündən etibarən istehlakçısının etimadını qazanmağa layiq olan “Qafqaz Konserv Zavodu” MMC istehsalçı mövqeyində olmanın verdiyi məsuliyyəti, istehlakçınsa çatdırdığı bütün məhsulların, təhlükəsiz, ləziz, xüsusi olması ilə təsdiqlənir.
  • Daxili və xarici bazar istəklərini qarşılamaq üzrə yemək konserv istehsal etmək, idxal etmək
  • Məhsuldarlıq əsasına söykənən müəssisə siyasəti ilə sərmayə ehtiyatına kömək edərək sərmayə qaynağı yaradır.
  • İnsan sağlamlığına uyğun xammal almaq, sağlamlığa uyğun şəraitdə çay istehsal etmək
  • Müştəri məmnuniyyətini təmin etmək,
  • Ətraf mühitə qarşı həssas olmaq
  • İnsanlar ucun təhlükəsiz iş şəraiti yaratmaq, insanların fikirlərinə hörmət etmək və onların fikirlərini dəyərləndirmək
  • Dövlət qanun-qaydalarında qarşıya qoyulan tələbləri və idarə etmə sistemlərinin şərtlərin yerinə yetirərək sistemlərin təsirini daima yaxşılaşdırmaq