Koala Park xəritədə

Koala Park

Bakı, Nəsimi rayonu, Azadlıq prospekti, 95 AZ1000 *** 5 səs

Koala Park haqqında

Koala Park həm uşaqların, həm də böyüklərin özlərini yaxşı hiss edən Azərbaycanda nadir əyləncə kompleksidir. Gözəl bəzədilmiş və təhlükəsiz attraksionlar istənilən zövqə görə əyləncə təqdim edirlər: hava ilə doldurulmuş batut, qorkalar, karusellər və həmçinin müxtəlif yelləncəklər!
Bizim park Sizə çiyinlərinizdən qayğıları götürməyə və uşaqlarınızla birlikdə istirahət etməyə kömək edəcək. Şənbə və bazar axşamları Sizin uşaqlarınızı xüsusi əyləncə proqramları gözləyir.

Koala Parkın xidmətləri

“Koala Park”ın ərazisində Sizin uşaqlara müxtəlif və unudulmaz anlar bəxş edəcək bir neçə attraksionlar yerləşir! Uçmaq arzusunda olanlar uşaqların öz xəyallarının qanadlarında ucalıqlara qalxaraq bütün arzularını həyata keçirən “Arı uçuşu” attraksionunu çox sevirlər. Şahzadə, polis, roker və başqa personajlar olmaq arzusunda olanlar “Dünya” attraksionunun yanından ötməyəcəklər. Müxtəlif heyvanların səslərini çıxaran “Kiçik parovoz” sizin uşaqları uzaq səyahətə - əfsanəvi savannaya aparacaq və onlar orada savannanın sakini zürafəni görəcəklər. Bütün ailə üçün isə bizdə sürət və kəskin hissləri sevənlər üçün ən böyük attraksion – “Ailə qorkası” var. Lakin ailənin ən kiçiklərini - 4 yaşları tamam olmamış uşaqları bu attraksiona buraxmırlar. Onlar üçün böyük və möhkəm “Batut” və müxtəlif yelləncəklər mövcuddur və burada gülüş və səs-küy qorkalardan heç də az deyil.

Koala parkda attraksionlar

Başqa attraksionlar – başqa hisslər!Ən əsası - hər şey uşaq attraksionların işlənib hazırlanması və dizaynı üzrə dünya lideri olan tanınmış beynəlxalq “Viza” şirkəti tərəfindən keyfiyyətli və təhlükəsiz qurulub.Koala Park Sizin həqiqətən yaxşı gün keçirməyiniz üçün fəaliyyət göstərir!Bizim parkımız yalnız karusellərdən, qorkalardan və yelləncəklərdən ibarət deyil. Hər həftə altı və bazar günləri axşam saat 18-00-dan - 19-00-dək sizin uşaqlar bizim parkımızda şən klounla tanış olub onunla oynaya bilərlər. Eləcə də bizim kafe-restoranmızda siz həmçinin dadlı ləziz yeməkləri dadıb və, təcrubəli barmenlərimiz tərəfindən hazırladığı uşag kokteylərin dadına baxa bilərsiniz. Eləcə də burada uşaglar üçün bizim banket zalımızda ad günləri və bayram banketləri keçirilir.