Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu xəritədə

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

Bakı, Nərimanov rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 7 AZ1069 *** 4 səs

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətininmahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.

Fondun fəaliyyəti

Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.Fondun müstəqil balansı, xəzinə və bank hesabları, istifadəsində olan dövlət əmlakı, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştamp və blankları vardır.Fond Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və bu Nizamnamədə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

Fond Bakı şəhərində yerləşir.Fond fəaliyyətini illik plan əsasında həyata keçirir. Fondun illik fəaliyyət planı Fondun Himayəçilik Şurasının təqdimatı əsasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı tərəfindən təsdiq olunur. Fond illik fəaliyyətinin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Milli Elmlər Akademiyasına hesabat təqdim edir.Fondun illik fəaliyyətinin nəticələri Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında müzakirə olunur.