Kids Land xəritədə

Kids Land

Bakı, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 13 AZ1072 *** 2 səs

Kids Land haqqında

 Uşaqlara kiçik yaşlarda xarici dil öyrədilməsi şübhəsiz ki, müsbət bir işdir, axı iki-altı yaş arasında uşaqlar dunyanı fəal şəkildə dərk edir və ana dili ilə bərabər digər dilləri də asan qavrayır, çünki bu prosesi təbii hal kimi qəbul edirlər. Təsis edildiyi 2002-ci ilin ilk günündən başlayaraq, “Kids`Land”-in başlıca məqsədi uşaqlara xarici dilləri öyrətmək və bu prosesi mümkün qədər təbii şəkildə həyata keçirməkdən ibarət olmuşdur. Bu halda biz tədris prosesinə ciddi nəzarət edir, bunu mülayim formada olsa da, inadla həyata keçiririk.

Kids`Land-in xidmətləri

Biz uşaqlara təhsilə, dərsə, məktəbə maraq hissi aşilamağa, onlara yeniliklər öyrətməyə, dunyanın muxtəliflıyi haqqında düşünməyə və müstəqil olmaq vərdışləri qazandirmağa çalışırıq.Kids`Land-ə qəbul bütün il ərzində aparılır.“Kids`Land”-in illik təhsil proqramına ingilis, azərbaycan və rus dillər , riyaziyyat, musiqi, ritmik və fiziki qabiliyyətlərin öyrədilməsi, rəngkarlıq və rəqsə məhəbbətin aşılanması daxıldir.Təhsil ingilis dilində aparılır.Tədris ilinin başlanğıcında valideynlərə tematik plan və dərslərin cədvəli təqdim edilir. Həftədə bir dəfə tədris proqramları və uşaqların inkişaf planı müxtəlif ünvanlara göndərilir. Beləliklə, valideynlər uşaqların təhsil prosesinə nəzarət etmək, onun inkişafını izləmək, evdə keçilən materialları müzakirə etmək imkanı qazanırlar.

Kids`Land-in fəaliyyəti

Kids`Land-də müxtəlif ölkələrdə - Böyük Britaniya, Türkiyə, Hindistan, Pakistan, İran, Rusiya, Koreyadan gələn uşaqlar təhsil alır. Buna görə də mərkəzimizdə uşaq harmonik şəkildə qrupa daxil olur, orada öz yerini asanlıqla tapır və özü üçün yeni imkanlar dünyasını açır, qrupda və cəmiyyətdə həyat qaydalarını öyrənir.“Kids`Land”-ə 2 yaşdan yuxarı uşaqlar qəbul edilir. Müvafiq olaraq 4 və 5 yaşlı uşaqlar üçün “Reception” və “Year 1” sinifləri mövcuddur.Birlikdə yaşamaq daim ünsiyyətdə olmaq deməkdir. Məhz buna görə də “Kids`Land” kollektivi əsas diqqətini nitqin inkişafına və dillərin öyrədilməsinə yönəldir.“Kids`Land” 2-6 yaşlı uşaqlar üçün həyata ən mükəmməl yanaşma formasıdir.Kids`Land” Bakıda Britaniya məktəbinin ərazisində yerləşir (K.Rəhimov küçəsi,13).