KFC Restoran xəritədə

KFC Restoran

Bakı, Nəsimi rayonu, Azadlıq prospekti, 22 AZ1000 *** 2 səs

KFC Restoran haqqında

KFC (Kentucky Fried Chicken - ing. Kentuki Qovrulmuş Toyuq) - 1930-cu ildə ABŞ-da yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır.

KFC-nin 11 şəfalı otu və sousu

KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Coca Cola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var. Həmin otaqda hər yer kameralarla təchiz edilib və 7 gün 24 saat mühafizə edilir. 2 fərqli açarları, 2 fərqli pin şifrəsi var. Bəli bunlar bir toyuq üçün edilir amma dünyanın ən çox toyuq satan firması olduğu düşünəndə o qədər də qəribə görünmür.