Kermur xəritədə

Kermur

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 123 A AZ1022 *** 1 səs

Kermur haqqında

Yüksək hüquqi yardım imkanlarına malik olan “Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosu Azərbaycan Respublikasının hüquqi yardım bazarında 2006-cı ildən fəaliyyətə başlamışdır. Büromuzun əsas məqsədi bizə müraciət edən müştərilərimizin bütün maraqlarını, o cümlədən də iqtisadi maraqlarını müdafiə etməkdir. Büromuz daşınmaz əmlakın istismara qəbul edilməsi, vergi, dəyən zərərin ödənilməsi, əmlak tələbi, ödənilməmiş borcların ödənilməsinin təmin edilməsi, digər sahələrdə yaranan çətin iqtisadi mübahisələrin həll edilməsi üzrə zəngin iş təcrübəsinə malikdir. Bununla yanaşı büro öz müştərilərinə inzibati, ticarət və biznes sahələrində də hüquqi yardım göstərir. Müştərilərimiz arasında tikinti, telekommunikasiya, gəmiçilik, neft və qaz sahələrinə investisiya yatıran müxtəlif xarici şirkətlər vardır.Bunu demək kifayətdir ki, Azərbaycanda mobil operator “Bakcell”, ”Nar Mobile” əmtəə nişanı ilə fəaliyyət göstərən “Azerfon” MMC, “Nobel Oil”, “Azəri Drillinq” MMC, “Aqua Vita” əmtəə nişanı ilə fəaliyyət göstərən “TAC” şirkəti, “XEROX”un Azərbaycanda rəsmi distributoru “Xerotek” MMC, “Carlo Pazolini” QSC, “CBS-Consulting International LTD”-nin Azərbaycandakı nümayəndəliyi bizim daimi müştərilərimizdir.Biz həmçinin, Niderlandda yerləşən “Tetra Laval” şirkətinə borcların yığılmasında hüquqi yardım göstərmişik. Türk şirkəti “Bay Holding”in də hüquq və maraqları Büromuz tərəfimizdən müdafiə olunur. Bununla yanaşı, Büromuzun vəkilləri az təminatlı ailələrə, öz yurd yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinə pulsuz hüquqi yardım göstərir, onların hüquq və maraqlarını müdafiə edir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkillər və hüquqşünaslarımız ticarət, Korporativ və yerli təcrübəyə əsaslanan təcrübəli vəkillər olmaqla yanaşı dünya miqyaslı Hüquq Təşkilatları şəbəkəsinin: “Amerika Vəkillər Assosiasiyasının”, “Beynəlxalq Vəkillər Assosiasiyasının”, “Dünya Vəkillər Assosiasiyasının”, “Beynəlxalq Gənc Vəkillər Assosiasiyasının”, “Avropa Vəkillər Birliyinin”, “Avropa Vəkillər Assosiasiyasının”, “Beynəlxalq Ticarət Hüquqi Konsorsiumu və Consulting”inin, “MSİ”, “Dünya Hüquq Birliyinin”, “Appleton Hüquq Birliyinin”, “Beynəlxalq Bələdiyyə Vəkilləri Assosiasiyasının”, “Beynəlxalq Demokratik Hüquqşünaslar Assosiasiyasının” üzvüdürlər. Şirkətimiz bu beynəlxalq hüquq qurumları ilə sıx əməkdaşlıq edir, beynəlxalq təcrübəyə yiyələnir və əməkdaşlar arasında təcrübə mübadiləsi aparır. “Kermur” İxtisaslaşdırılmış Vəkil Bürosu beynəlxalq ticarət sazişlərinin bütün sahələri və beynəlxalq ticarət müqavilələri də daxil olmaqla birləşmiş müəssisələr, bank və maliyyə, tikinti, mülki, sənaye mühəndisliyi layihələri, enerji, təbii sərvətlər, informasiya texnologiyası, telekommunikasiya, yerli və beynəlxalq hüquq ticarət qanunlarının pozulması və digər sahələrdə hüquqi yardım göstərməkdə öz fəaliyyət dairəsini genişləndirir.