Katamaran Restoranı xəritədə

Katamaran Restoranı

Bakı, Novхanı qəsəbəsi, Sumqayıt şossesi AZ1000 *** 1 səs

Katamaran Restoranı haqqında

Rahatlıqla avtobilinizi yerləşdirəndən sonra siz rahatlığa və komforta doğru addım atacaqsınız. Xidməti personalımız sizin rahatlığınızı ən xırdalığı ilə düşünərək, sizin üçün hər şeyin ən yaxşısını etməyə çalışacaqdır. Möhtəşəm mənzərədə yerləşən restoranımız sizin ürəyinizi oxşamaq, və modern tələblərə cavab vermək üçün inşa edilib, istifadənizə verilmişdir. Böyük 300 nəfərlik Açıq hava tədbirləri üçün nəzərdə tutulmuş məkan, sizin müasir Toy, Nişan, Ad günü və digər tədbirlər, təqdimatlarınız üçün ideal məkandır. Digər 200 və 150 nəfərlik Banket zallarımız, Ad günləri, Nişan, Xınayaxdı və digər tədbirləriniz üçün fəaliyyət göstərir.

Katamaran restoranının xidmətləri

Həftə sonları və bayram günlərində canlı musiqi sizə orijinal romantik hisslər aşılıyaraq, istirahətinizi unudulmaz edəcəkdir. İş adamları üçün nəzərdə tutulan Biznes Lanç menyularımız iş adamlarına öz iş görüşmələrində uğura aparan məkan olacaqdır. Çünki Katamaran, müasir üslubu ilə və orijinallığı ilə sizləri düşünür. 15 nəfərlik VİP kabinet otaqlarımız sizlərə ailənizlə, doğmalarınızla, dostlarınızla birlikdə şam yeməyi, xoş istirahət və mükəmməl xidmət göstərmək üçün nəzərdə tutulub. 2013-cü ildən fəaliyyət göstərən Katamaran-ın iş prinsipi müştəri məmnuniyyəti üzərində qurulmuşdur. Bizim məqsədimiz müşətirilərin məmnuniyyətidir. Əlbətdə ki, bunun üçün daima çalışırıq !