Karvan Şadlıq Evi xəritədə

Karvan Şadlıq Evi

Bakı, Yasamal rayonu, Salamzadə küçəsi, 10 AZ1122 *** 2 səs

Karvan Şadlıq Evi haqqında

"KARVAN" şadlıq sarayı 2004-cü ildən etibarən fəaliyyətə başlamışdır.Şadlıq sarayı Premium sinifə daxildir. "KARVAN" şadlıq sarayı daima gözəlləşən paytaxtımızın əlverişli yerində yerləşib, yeni ailə quranlara keyfiyyətli xidmət göstərməkdədir.

Karvan şadlıq sarayının xidmətləri

Şadlıq sarayı istər texniki, istərsə də bədii-arxitektur baxımından məhdudlaşdırılmayıb. "KARVAN" şadlıq sarayı müştərilərin və onların arzularına uyğun toy mərasimlərini maksimal dərəcədə təşkil edir. Müştərilərimizin istəyini reallaşdırmaq üçün qarşımızda heç bir sərhəd yoxdur. Obyektin müasir və çevik infrastrukturu nəinki toy mərasimlərinin, hətta ad günlərinin, müxtəlif banketlərin, prezentasiyaların və digər tədbirlərin yüksək səviyyədə keçirilməsini təmin edir.

Sanitar normalara tam cavab verən mətbəximiz qonaqlara milli və avropa menyusunu təklif edir. Menyu müştərinin arzusuna uyğun tərtib edilir. Ərzaqlar ciddi nəzarət altında alınır və saxlanılır. Peşəkar aşpaz və kulinarların hazırladığı nemətlər ciddi reqlament əsasında masalara daşınır."KARVAN" şadlıq sarayı mütəmadi olaraq xeyriyyə tədbirləri də də təşkil edir. Aktiv ictimai fəaliyyətinə görə şadlıq sarayı dəfələrlə şəhər administrasiyası tərəfindən mükafatlandırılmışdır.Məqsədimiz insanlara yüksək səviyyədə xidmət göstərərək onların şad günlərini yaddaqalan etməkdir.Oğul evləndirən, qız köçürən valideynlər, ailə qurmağa hazırlaşan gənclər, əylənmək, istirahət etmək istəyən hər kəsi "KARVAN" şadlıq sarayına dəvət edirik!"KARVAN" şadlıq sarayı öz müştərilərinə geniş xidmət paketi təklif edir. Bu paketə daxildir:

  • 250 nəfərlik kiçik zal-Divarları xüsusi səs udan örtüklə emal edilmiş, eleqant təşkil olunmuş ziyafət zalı. Burada musiqinin səsi sizləri narahat etmir və gözəl şənlik keçirilməsini təmin edir.
  • 400 nəfərlik böyük zal-Əsil saray arxitekturasının elementləri ilə təchiz olunmuş ciddi ziyafət zalı. Zalın sahəsi, səhnənin yerləşməsi, akustika, "klimat-control" sistemi, ən son video-sistemlərlə videoçəkiliş və birbaşa zala translyasiya, hər bir qonağın rahat istirahətini və şənlənməsini təmin edir. Xörəklərin və içkilərin təqdimatı ciddi reqlamentə görə verilir.
  • Parkinq xidməti-Operativ formada sizin avtomobillərinizin parkovkasını təşkil edir. Əgər ehtiyac olarsa qonaqların avtomobilini səhərədək burada saxlamaq olar.
  • Reception xidməti-Şadlıq sarayının girişində yerləşib, sifarişçinin göstərişlərini yerinə yetirir.
  • Security xidməti-Kənar şəxslərin obyektə daxil olmasını əngəlləyir.

Bir sözlə "KARVAN" şadlıq sarayı öz müasir infrastrukturu və bədii tərtibatı ilə yeni ailə quranların əsl məkanıdır.