Qarabağ Araşdırmalar Mərkəzi xəritədə

Qarabağ Araşdırmalar Mərkəzi

Bakı, Səbail rayonu, Lermontov küçəsi, 74 AZ1000 *** 2 səs

Qarabağ Araşdırmalar Mərkəzi haqqında

Son vaxtlar istər Qarabağ, istər İrəvan xanlığının, istərsə də ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırım ilə əlaqədar müxtəlif dillərdə bir sıra fundamental kitablar nəşr edilmişdir.Eləcə də, Heydər Əliyev Fondunun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqmətində gördüyü mühüm işlər, xüsusilə Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kompaniyası dünyanın müxtəlif ölkələrində çox uğurla həyata keçirilir və bir sıra dövlətlər tərəfindən dəstəklənməkdədir. “Qarabağ Araşdırmalar Mərkəzi”nin yaradılması da, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinini daha da canlandırmaq məqsədilə Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirərək, Ermənistanın beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirməyə çalışmaq istiqamətində mühüm bir addım olaraq qiymətləndirilməlidir.

Qarabağ Araşdırmalar Mərkəzinin fəaliyyəti

2013-cü il oktyabrın 4-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının nəzdində Qarabağ Araşdırmalar Mərkəzinin açılış mərasi keçirilmişdir. “Qarabağ Araşdırmalar Mərkəzi” Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması, eləcə də bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ tarixinin, mədəniyyətinin araşdırılmasında çox mühüm rol oynayacaqdır. Bu məqsədlə Mərkəzə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müvafiq yer ayrılmışdır. Mərkəzdə bir sıra yerli və beynəlxalq ekspertlərin tədqiqat aparması üçün əlverişli şəraitin yaradılması və gələcəkdə digər ölkələrin Elmi Mərkəzləri ilə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi qarşıya məqsəd olaraq qoyulmuşdur.

Mərkəzdə tədqiqatçılar üçün yüksək sürətli internet xəttinə çıxışı təmin etmək üçün avadanlıqlar qurulmuş və elektron materiallar üzərində iş şəraiti təmin olunmuşdur. Qarabağla bağlı bütün məlumatları özündə ehtiva edən elektron kitabxananın yaradılması və elektron materiallar üzərində işi asanlaşdırmaq üçün elektron kataloqun tərtib edilməsi planlaşdırılmışdır. Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması tərəfindən yaradılmış mərkəz kitab rəfi, komputer və çap avadanlığı, eləcə də digər zəruri avadanlıqlarla təchiz olunmuşdur. Hazırda kitab fondumuzda müxtəlif adda və dillərdə 3 minə yaxın kitab, elekron kitablar və 200 dən çox filmlər toplanmışdır