Junior Achievement Azərbaycan xəritədə

Junior Achievement Azərbaycan

Bakı, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 AZ1065 *** 2 səs

Junior Achievement Azərbaycan haqqında

Həyatın iqtisadiyyatını anlamaq üçün, Junior Achievement praktiki təcrübədən istifadə edərək gənclərə kömək edir.Biznes şirkətləri və təlimçilərlə əməkdaşlıqda, Junior Achievement məktəbliləri həqiqi dünya ilə tanış edir, öz daxili potensiallarına nəzər yetirməyə imkan yaradır.
Junior Achievement məqsədi dünya iqtisadiyyatında uğur qazanmaqda gəncləri ruhlandırmaq və təlimatlandırmaqdır.

Junior Achievement dəyərləri

  • Gənclərin hədsiz imkanlarına olan etimad
  • Bazar iqtisadiyyatı və sahibkarlıq prinsiplərinə bağlılıq
  • İşimizdə şovq, icra edilməsində səmimilik və üstünlük
  • Bütün insanların istedadına, yaradıcı xüsusiyyətinə, gələcək perspektivlərinə və daxili aləminə hörmət
  • Əməkdaşlığın və tərəfdaşlığın qüvvəsinə inam
  • Münasib praktiki təlimin tədrisi və təhrikedici qüvvəsinə əminlik

Proqramlar

Junior Achievement (JA) təcrübi, praktiki proqramlar vasitəsilə gənclərə sahibkarlıq fəaliyyəti, işə hazırlıq bacarıqları və maliyyə savadını öyrədən dünyanın ən böyük təşkilatıdır.Proqramlarımız gənclərə kapitalın toplayıb səmərəli idarə edilməsi, icmaları daha da güclü etmək üçün yeni iş yerlərinin yaradılması və sahibkarlıq duyğusunun iş yerində necə tətbiq edilməsini nümayiş etdirərək, onların həqiqi dünyaya hazır olmalarına kömək edirlər. Proqramdan faydalanan məktəbli, tələbə və müəllimlər öyrəndikləri bilikləri təcrübədən keçirir və yaşadıqları icmalarda tətbiq edirlər. Junior Achievement-in əvəzolunmaz metodikaları icma könüllülərinə tələbələrlə öz təcrübələrilə bölüşməyə və proqramlarımızı tədris etməyə kömək edirlər. Dərslərimizin əsas anlayışlarını ismarıclara çevirərək, təlimçilərimiz tələbələri öz qüvvələrinə inanmaq və dünyanı dəyişə biləcək imkanlarına etibar etməyə cağırırlar.JA Təşkilatının Azərbaycanda həyata keçirdiyi proqramlar aşağıdakılardan ibarətdir:

Sahibkarlıq

  • JA "İqtisadiyyat" proqramı – mikro-, makro- və beynəlxalq iqtisadiyyatın əsas anlayışlarını təcrübədən keçirir.
  • JA "Sahibkarlıq" proqramı – sahibkarlıq fəaliyyətinin əsas məqamları üzrə xüsusiləşdirilmiş təlim kursu təqdim edir.
  • JA "Şirkət" proqramı – həqiqi biznes müəssisəni yaradıb idarə etməklə şagirdləri sahibkarlıq üzrə təlimatlandırır.
  • JA "Dünya bazarı" proqramı – dünya iqtisadiyyatı, beynəlxalq ticarət və onların şagirdlərin həyatlarına təsiri haqqında praktiki məlumatla təmin edir.
  • JA "Titan" ümumdünya biznes yarışı / İqtisadiyyat və idarəetmə üzrə milli yarış – interaktiv modelləşdirmə vasitəsilə mühüm iqtisadi və menecment qərarlarını təqdim edir.
  • JA "Bazar iqtisadiyyatının əsasları" proqramı – gündəlik həyatda əsas iqtisadi anlayışların istifadəsini öyrədən icma-əsaslı təlim kursudur.
  • JA "Davamlı KOM-ların inkişafı" proqramı – imkanların artırılması və biznesin başlanğıcı üzrə icma-əsaslı fəaliyyətləri təklif edir.

Maliyyə savadı

  • JA "Banklar fəaliyyətdə" proqramı – şagirdlərə bank sektorunun prinsiplərini öyrədir və onları bankın rəqabətli mühitdə idarə edilməsində çətinliklərlə tanış edir. Proqram, həmçinin, iş yerində praktiki təcrübə imkanı təklif edir.
  • JA "Şəxsi maliyyə" proqramı – şagirdlərin qabiliyyəti, marağı və dəyərlərinə əsaslanaraq, onların karyera imkanlarını, təhsil və şəxsi maliyyəni tədqiq edir. Proqram, maliyyə sabitliyinin sığortalanmasında büdcənin, kapital qoyuluşunun, kredit və sığortanın rolunu nümayiş etdirir.

İşə hazırlıq bacarıqları

  • JA "Biznes etika" proqramı – sinifdaxili praktiki təcrübə vasitəsilə məktəbli və tələbələrin etik qərar qəbuletmə bacarıqlarını təkmilləşdirir və onları işgüzar mühitə daxil olmağa hazırlayır.
  • JA "Müvəffəqiyyət bacarıqları" proqramı – məktəbli və tələbələrə işə hazırlıq bacarığını öyrədir və onlara davamlı məşğuliyyətlə uğurlu karyeraya nail olmaq üçün şəxsi strategiyanın hazırlanmasında kömək edir.
  • JA "İşə hazırlıq" proqramı – məktəbli və tələbələri iş yerlərinə yönəltməklə onları işə hazırlıq tədrisi və karyera perspektivləri ilə təmin edir.
  • JA "Biznesdə informasiya texnologiyalarının istifadəsi" proqramı – gündəlik biznes fəaliyyətində informasiya texnologiyalarından istifadəni öyrədir.