Altıağac Cənnət Bağı Istirahət Mərkəzi xəritədə

Altıağac Cənnət Bağı Istirahət Mərkəzi

Altıağac, Xızı AZ1000 *** 7 səs

Altıağac Cənnət Bağı Istirahət Mərkəzi haqqında

«Cənnət Bağı» şirkətlər qrupunun ilk “Cənnət Bağı” istirahət mərkəzlərindən biri təbiətin əsrarəngiz gözəlliyinə malik olan Xızı yaylasında yerləşən Altıağac adlanan ərazisində yaradılmışdır. Təbiət yaranışı ilə insan yaradıcılığının vəhdəti olan – gözəlliklər sərgisi Altıağac «Cənnət Bağı» istirahət mərkəzi Sizi müştərək “evimiz” olan təbiətin qoynuna, gözəllik tablosuna baxmağa dəvət edir. Sağlamlığınızın keşiyində durmaq üçün həm ruhunuzun, həm də cisminizin dincələcəyi Altıağac “Cənnət Bağı”-na gəlin. Təbii sərvətlərdən düşünülmüş və səmərəli istifadə etməniz üçün “Cənnət Bağı”-nda Sizlər üçün hər bir komfort yaradılmışdır. Şəhər səs-küyündən uzaq, lakin şəhər komfortu ilə saf təbiətin vəhdəti Sizin əhval-ruhiyyənizə xüsusi ovqat bəxş edəcəkdir.
Siz qışın bəxş etdiyi gözəlliyi şəhərdə görə bilməzsiniz, amma həqiqətən qışın da öz gözəlliyi var. Bunu görmək üçün “Cənnət Bağı”-na gəlmək kifayətdir. Küləksiz yağan sakit qar və təmiz oksigen Sizə yaşam dolu ovqat verəcək. Tanrı bu məkandan heç bir varını əsirgəməmişdir.Başı qarlı silsilə dağlar, minerallarla zəngin şəffaf bulaqlar, səfalı yaşıllıqla toxunmuş xalıya bənzər yamaclar əhatəsində yerləşən “Cənnət Bağı” istirahət mərkəzində mehmanxana kompleksi 1, 2, 3 və 4 otaqlı rahat nömrələri, kottecləri və VİP apartamentləri Sizlərə təklif edir:

«Cənnət Bağı» - Otaglar və qiymətlər

  • Standard - 70 AZN - 2 nəfərlik 1 otaqlı mənzillər. Bu tip mənzillər 1 yataq otağı və vanna otağından ibarətdir. Otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü, resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilmişdir. Otağın qiymətinə yalnız səhər yeməyi (isveç masası) daxildir.
  • Junior Suite - 90-160 AZN - Bu tip mənzillər 2 nəfərlik 2 otaqlı (1 yataq otağı və 1 qonaq otağı) mənzillərdən ibarətdir. Belə mənzillər Standart tipli mənzillərdən bir qədər bahalı və sahəsi genişdir, lakin belə mənzillər gənclərin və ya ailəli istirahətə gələnlər üçün ən optimal variantdır. Otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü, resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilmişdir. Uşaqlı ailələri əlavə çarpayı ilə təmin etmək mümkündür. Otağın qiymətinə səhər yeməyi (isveç masası) və İdman-Sağlamlıq kompleksində istirahət daxildir.
  • Suite - 160-230 AZN - Bu tip mənzillər 4 nəfərlik 3 otaqlı və ya 6 nəfərlik 4 otaqlı mənzillərdən ibarət olur. Mənzillər yüksək səviyyədə tərtib olunmuş otaqlardan və mebel dəstlərindən ibarətdir. Otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü,resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilmişdir. Uşaqlı ailələr üçün əlavə çarpayı ilə təmin etmək mümkündür. Otağın qiymətinə səhər yeməyi (isveç masası) və İdman-Sağlamlıq kompleksində istirahət daxildir.
  • Cottage - 70-90 AZN - 2 nəfərlik 1 otaqlı və 2 nəfərlik 2 otaqlı koteclər. Koteclər 1 yataq otağı və vanna otağından ibarətdir. Otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü, resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilmişdir. Otağın qiymətinə səhər yeməyi (isveç masası) və İdman-Sağlamlıq kompleksində istirahət daxildir.

Altıağac “Cənnət Bağı”nda restoran

Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin restoranı ənənəvi milli və seçmə Avropa xörəklərini, ədviyyatlı şərq təamlarını təqdim edən özəl mətbəxi Sizin xidmətinizdədir.İstirahət mərkəzimizin heyvandarlıq və quşçuluq təsərrüfatının fəaliyyəti nəticəsində restoran ət, toyuq, yumurta, süd məhsullarından: yağ, pendir, qatıq, süzmə, şor və s. ilə təchiz edilir. Bununla hər şey bitmir. Meyvələrdən: alma, armud, gavalı, albalı, böyürtkən, yabanı bitkilərdən: əvəlik, çaşır, yarpız, nanə, kəklikotu da məhz burada yetişdirilir. Və ən önəmlisi sizə mətbəximizdə təqdim edilən ətirli və dadlı lavaş, təndir, kürə çörəyi də məhz istirahət mərkəzimizdə bişirilir. Restoranımızın geniş və gözoxşayan interyeri istənilən ailəvi, ad günü, iş yeməkləri və romantik şam yeməklərini təşkil etməyə imkan verir. Bizdən razı qalmayan olmayacaq. Burada istirahət edən ən qurman qonaqlar belə Azərbaycan, Avropa və şərq mətbəxinin nümunələrinin təqdim edildiyi 250 nəfərlik Restorandan razı qalacaq.Təbiilik öz sözünü deyib nöqtə qoyursa, biz hər şeyin ən təbiisini məhz Sizin üçün hazırlayırıq.Peşəkar aşpazlarımızın hazırladıqları Avropa və milli mətbəxin xörəklərindən əsl zövq alacaqsınız. Heyətimizin yüksək səviyyəli xidmətindən və ansamblın canlı musiqisindən razı qalacağınıza zəmanət veririk.

Əyləncə, adrenalin, ekstremal istirahəti sevənlər və aktiv istirahət növünə üstünlük verənlər üçün

  • futbol, basketbol və voleybol meydançası,
  • tennis kortu,
  • fitnes zalı,
  • boulinq zalı,
  • hovuzlar,
  • motokross,
  • kanat yolu,
  • atıcılığ,
  • tir,
  • paintball,
  • spa,
  • stolüstü oyunlar,
  • uşaq əyləncə mərkəzi,
  • zooparkda,
  • atçılıq.

Pulsuz Əyləncələr (məskunlaşmış müştərilərə) – futbol, voleybol, basketbol, açiq və qapali hovuz, uşaq parki, idman zali, fitnes, sauna, su massaji, bilyard, tennİs.

Pullu Əyləncələr – bouling, güllə atıcılıği, kvadrosikl, paintball oyunu, çin massaji, zoopark, kanat yolu, bar xidməti.