Iteca Caspian xəritədə

Iteca Caspian

Bakı, Nobel prospekti, 15 AZ1000 *** 1 səs

Iteca Caspian haqqında

“Iteca Caspian LLC” şirkəti -Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı aparıcı sərgi və konfrans təşkilatçılarından biri - “ITE Group plc” şirkətinin tərəfdaşıdır və 2000-ci ildə təsis edilmişdir. “Iteca Caspian LLC” şirkəti hər il Azərbaycan və Gürcüstanda 20-dən çox sərgi və konfrans təşkil edir. Şirkətin təşkil etdiyi sərgilərin siyahısına aşağıdakılar daxildir: Neft və Qaz, İnşaat, Telekommunikasiya Vasitələri və İnformasiya Texnologiyaları, Mühafizə və Təhlükəsizlik, Qida Sənayesi, Kənd Təsərrüfatı, Nəqliyyat, Səhiyyə, Gözəllik və Sağlamlıq, Səyahət və Turizm, Qonaqpərvərlik (Otel işi) Sənayesi, Təhsil və Karyera, Ekologiya. Artıq uzun illərdir ki, Azərbaycanda keçirilən bu sərgilər hər il Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFİ) tərəfindən təşkilat səviyyəsinin auditindən keçir. “UFİ tərəfindən bəyənilmişdir” nişanı “Neft və Qaz” (“Caspian Oil & Gas”), “İnşaat” (BakuBuild), “Qida Sənayesi” (“WorldFood Azerbaijan”), “Səhiyyə” (“BIHE”), “Telekommunikasiya və İnformasiya Texnologiyaları” (“BakuTel”) və “Turizm və Səyahət” (“AITF”) sərgilərinə verilmişdir və bu, sərgilərin yüksək təşkilatçılıq səviyyəsinə və statistik göstəricilərin doğruluğuna dəlalət edir. Sərgilər rəsmi olaraq Azərbaycanın dövlət strukturları tərəfindən dəstəklənir. Bu sərgilərdən bəziləri isə Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Elektrik Rabitə İttifaqı (BERİ), Ümumdünya Turist Təşkilatı və Hökumətlərarası TRASEKA Komissiyasının Daimi Katibliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəstək alır. Sərgi iştirakçılarının coğrafiyası orta hesabla dünyanın 50-dən çox ölkəsini əhatə edir. “Iteca Caspian LLC” şirkəti və onun təşkil etdiyi sərgilər dəfələrlə “Sərgilərin təşkili sahəsində ilin şirkəti”, “1 nömrəli sərgi markası” və s. bu kimi nominasiyalarda müxtəlif mükafatların laureatı olmuşdur. Fəaliyyət göstərdiyi illər ərzində, “Iteca Caspian LLC” şirkətinin təşkil etdiyi sərgilər geniş ictimaiyyət arasında populyarlıq və etimad qazanmağa müvəffəq olmuşdur.