Istanbul Charshi Import & Export xəritədə

Istanbul Charshi Import & Export

Bakı, Bayıl qəsəbəsi, Səbail rayonu, Hüseynbala Əliyev küçəsi, 9 AZ1000 *** 2 səs

Istanbul Charshi Import & Export haqqında

1995-ci ildə yaradılmış fabrikimizdə PVC istehsalı üçün 19 maşın və alüminium pəncərələr üçün 11 maşın mövcuddur. Bizim maşın sistemlərimiz 2 plastik, 1 alüminium və 2 mürəkkəb quruluşlu xətlə istehsala davam edir. Fabrikin işçi heyəti 125 nəfər təşkil edir. Pəncərə istehsalı üçün fabrikdə yapışqanlı yanğına qarşı pəncərələr, gülləkeçirməz pəncərələr, tripleks şüşəpaket, xüsusi naxışlı pəmcərələr, ayırıcı pəncərələr və s. mövcuddur. Alüminium şöbəsində asma divarlar və xüsusi vitraj sistemləri, xüsusi layihələndirilmiş qapılar, qarajlar üçün darvazalar, pilləkanlar üçün sürahilər, yanğınadavamlı qapılar, istilik-izolyasiya alüminium qapı və pəncərə sistemləri, mağaza və ofislər üçün xüsusi alüminium, örtülər və hovuzlar üçün xüsusi günbəzvari örtülər, PVC şöbəsində - bütün tələblərə cavab verən yüksək keyfiyyətli pəncərələrin istehsalı üçün Kommerling və Akapen profilləri. "İstanbul Çarşı İmport & Export LTD" şirkətinin təməli 1994-cü ildə Idarə Heyəti Başçımız hm. Cemal YANĞIN tərəfindən Azərbaycanın paytaxtı Bakıda qoyulmuşdur. İntizamlı işiylə keyfiyyət və güvənin simvolu olan şirkətimiz Azərbaycanda fəaliyyət göstərən böyük yerli və xarici şirkətlərlə uyğunluq içərisində işləməkdədir. 1994-cü ildə Bakıda təməli qoyulan firmamız Azərbaycanda fəaliyyət göstərən ilk %100 xarici sərmayəli şirkətlərdən biridir. Elektrikli əl alətləri distribyutorluqlarıyla bazara girən firmamızda, daha sonra inşaat kimyəvilərinin dünya nəhəngi olan Henkelin distribyutorluğunun alınmasıyla satışa çıxarma müəssisəsi qurulmuşdur. Bu müəssisə daha sonra inşaat boyaları, pəncərə aksesuarları, sənaye yapışdırıcılar, Hovuz kimyəviləri, avto boyaları sektorlarının qabaqda gələn firmalarıyla distribyutorluq razılaşmaları etmişdir. Daha sonrakı illərdə isə PVC profil işləmə təsisi fəaliyyətə başlamışdır. Bu təsisin qurulmasıyla Türkiyədən Akapen, Almaniyadan Kommerling firmalarıyla distribyutorluq razılaşmaları edilmiş və emalat başlamışdır. Bunun ardından Alüminium işləmə təsisi fəaliyyətə başlamış, Türkiyənin qabaqda gələn alüminium istehsalçılarından Feniş Alüninyumun distribyutorluğu alınmışdır. Daha sonrakı illərdə isə firmamız inşaat bölümünə proyektlərlə daxil olmuşdur. Yüksək Bina texnologiyasında tikinti işləri görən firmamız mühəndis işlərindəki keyfiyyət və sürəti ilə ad qazanıb.