ISSAM İstirahət Sağlamlıq Mərkəzi xəritədə

ISSAM İstirahət Sağlamlıq Mərkəzi

Şəhriyar küçəsi, Şəki AZ5500 *** 1 səs

ISSAM İstirahət Sağlamlıq Mərkəzi haqqında

Kompleks fəaliyyətə başladığı ilk gündən müştərilərə yüksək səviyyədə xidmət göstərməyə çalışır. İstirahət Sağlamlıq Mərkəzi müştərilərinə istirahət və əyləncə ilə bərabər, bədən tərbiyəsi - sağlamlıq xidmətlərinin geniş çeşidini təklif edir. Yüksək keyfiyyətli idman - sağlamlıq xidmətləri göstərməklə, biz istirahət, idman məşğələləri, sağlamlıq, gözəl əhval - ruhiyyə üçün maksimum rahatlıq yaratmağa çalışırıq. Kompleksdə böyük hovuz, fitnes məşğələləri üçün geniş zal, pankration və pilates üçün ayrıca zal və restoran - bar mövcuddur. Həmçinin həm kişilər, həm qadınlar üçün rütubətli və quru buxarlı saunalar xidmətinizdədir. Burada pillinq, kofe skrabı, həmçinin balla, sabunla masaj xidmətlərindən də istifadə edə bilərsiniz. Qış dövründə saunanın temperaturu 90 - 100 dərəcə C, yayda isə 70 - 90 dərəcə C təşkil edir. Bir sözlə kompleksimizdə siz, gözəl istirahətlə yanaşı, sağlamlığınıza vaxt ayıra və əylənə bilərsiniz.

ISSAM İstirahət Sağlamlıq Mərkəzinin xidmətləri

Xoşrəftar və gülərüz heyət, yüksək xidmət səviyyəsi və sakitləşdirici musiqi ritimləri, sizin istirahətinizi bəzəyəcək. Müştərilərimizin çöhrəsindəki təbəssüm, bizim işimizin qiymətidir. Şəhərimizin hörmətli qonaqları, sizi, şəhərimizdə analoqu olmayan, yeni istifadəyə verilmiş, İstirahət Sağlamlıq Mərkəzi Kompleksinə dəvət edirik. Avto dayanacaq, kompleksin ərazisi daxilindədir.