İsmayıllı Rayon İcra Hakimiyyəti xəritədə

İsmayıllı Rayon İcra Hakimiyyəti

Heydər Əliyev prospekti, İsmayıllı, 1 AZ1000 *** 0 səs

İsmayıllı Rayon İcra Hakimiyyəti haqqında

İsmayıllı rayonunun ərazisi 2074 kv.km, əhalisi 01.01.2015-ci il tarixə 84010 nəfərdir.Rayon 1931-ci il noyabr ayının 24-də yaradılmışdır. İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur. Rayon ərazisində 2 şərab zavodu, bir kərpic zavodu, 2 asfalt zavodu, bir beton zavodu, 23 turizm-istirahət mərkəzi, 12 bank filialı və bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 871 ailə (3481nəfər) müvəqqəti məskunlaşmışdır. Rayonda 3 QHT, 14 dini icma, 8 ictimai təşkilat və birlik fəaliyyət göstərir. Ərazidə 125 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 139 şəhid ailəsi, 28 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 11 nəfər əməkdar müəllim, 10 nəfər “Tərəqqi”, 6 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş sakin yaşayır.İsmayıllı rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli İcra Hakimiyyətləri Haqqında” Əsasnamə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamları əsasında qurur.

İsmayıllı Rayon Ərazisi

Rayon ərazisində 46 tam orta, 22 ümumtəhsil orta və 12 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəssisəsi, 3 xəstəxana, 11 həkim məntəqəsi, 2 poliklinika, 24 tibb məntəqəsi və bir gigiyena və epidemiologiya mərkəzi, 2 tarix-mədəniyyət qoruğu (Lahıc, Basqal), 5 qala, 233 mədəniyyət abidəsi, Heydər Əliyev Mərkəzi, 2 tarix-diyarşünaslıq muzeyi, 1 mədəniyyət mərkəzi, 7 mədəniyyət evi, 26 klub, 4 mədəniyyət və istirahət parkı, mərkəzi kitabxana sisteminin əhatə etdiyi 49 kitabxana filialı, 1 incəsənət məktəbi, 1 Peşə Tədris Mərkəzi və ismayıllı Dövlət Humanitar və Texnalogiya Kolleci mövcuddur.