Irşad Telecom Q. Qarayev m. xəritədə

Irşad Telecom Q. Qarayev m.

Bakı, Nizami rayonu, Qara Qarayev prospekti, 30 AZ1000 *** 5 səs

Irşad Telecom Q. Qarayev m. haqqında

İrşad Electronics şirkəti 2000-ci ildə "I&R Telecom" kimi yaradılaraq fəaliyyətə başlayıb. Yeni yarandığı vaxtlardan Sim nömrələrin, scratch-kartların, telefonların, telefon aksessuarlarının topdan və pərakəndə satışı ilə məşğul olan "I&R Telecom", 2003-cu ildən etibarən mağazalarının sayını artıraraq paytaxtda və regionlarda telefon və nömrə satışını genişləndirdi. Şirkət 2006-cı ildən 2011 ilədək, ölkənin ən qabaqcıl operatorlarından sayılan Azercell Birgə Müəssisəsinin eksklyuziv dileri kimi fəaliyyət göstərib. Digərlərindən yüksək iş qabiliyyətinə görə seçilən "I&R Telecom" müxtəlif vaxtlarda bir sıra diplom və mükafatlarla təltif olunub.

İrşad Telecom şirkətinin fəaliyyəti

2007-ci ilin sonunda "I&R Telecom" öz uğurlu rebrendinqini etdi və şirkətin adını dəyişərək "İrşad Telecom" (İrşad I.R. MMC) adı altında fəaliyyətini daha da templi şəkildə davam etdirməyə başladı. Yeni adla müxtəlif istiqamətli kampaniyalara start verən şirkət, reklam istiqamətini də düzgün müəyyən etməyi bacarmışdı. Uğurlu ticarəti ilə bir çoxlarından fərqlənmə strateqiyanı qoruyan şirkət, sərfəli kredit şərtləri, maraqlı kampaniyalar, müştərilərə yüksək səviyyəli xidmət, təkmilləşdirilmiş texniki servis, təcrübəli personal, şirkətdaxili qayda-qanunu sayəsində texnika bazarında daima liderliyini qoruyaraq ətrafına rəğbətini qazanmağı bacarmışdır.

İrşad Electronics

Şirkət yüksək səviyyədə xidmət göstərmək və müasir texnikalarla müştərilərinin həyatını maksimal dərəcədə rahatlaşdırmaq məqsədilə mağazalarında elektron cihazlarının da satışına start verdi və İrşad Electronics adı altında fəaliyyətini davam etdirməyə başladı.Şirkətin bu yeniliyi böyük maraq doğurdu və müştəri kütləsinin artmasına səbəb oldu.İrşad Electronics müştərilərinin rahatlığını düşünərək Ölkədə ilk dəfə olaraq Online Kredit lahiyəsini həyata keçiridi.Bu lahiyənin şərtlərinə əsasən internet dükanımıza daxil olub,hər hansı istənilən modeli seçim edərək,kredit anketini doldurmaqla əldə etmək mümkündür.

İrşad Electronics şirkətinin mükafatları

Baki şəhərində 24.04.2013 cu il tarixində Jumeirah Bilgah Beach Hotel mehmanxanasında Uğur Mükafatının 2013 ilə təsis olunmuş yeni təqdimat mərasimi keçirildi. Uğur Milli mükafatı Azərbaycanda iqtisadiyyat və biznes sahəsində təsis edilən ilk mükafatdır. Mükafat iş adamlarına, dövlət və ictimai xadimlərə ondan ötrü verilir ki, onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafı yolunda xidmətləri böyükdür. Nəhəng şirkətlər bu tədbirin iştirakçısı və təltifçiləri idi. Tədbir zamani 30 şirkət uğur mükafatının qalibi oldu. Bu şirkətlərin arasında Irşad Electronics şirkəti də ilk teltif olunanlar sırasında idi.

Şirkətimiz Elektronika mağazaları şəbəkəsinin yaradılmasında əldə olunan nailiyyətlərinə görə nominasiyada iştirak edirdi.Təbii ki, bu İrşad Electronics şirkətinin ilk uğuru deyil. 2010-2012 ci illərdə Uğur mükafatı və 2011-ci ildə İlin mükafatı ilə təltif olunub. Hal hazırda isə "İrşad Electronics" in 6 mağazası fəaliyyət göstərir. Müştərilər indi mobil telefon seçimi zamanı müsbət imicə malik "İrşad Electonics"-ə daha çox üstünlük verirlər.