İrəli İctimai Birliyi xəritədə

İrəli İctimai Birliyi

Bakı, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 43 AZ1000 *** 1 səs

İrəli İctimai Birliyi haqqında

“İRƏLİ” İctimai Birliyi 26 Avqust 2005-ci ildə yaradılmış “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlmişdir. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyunca sıralarında 6 mindən çox Azərbaycan gəncini toplayaraq ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olmuşdur. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri 9 Dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul etmişdir. 24 Dekabr 2008-ci ildə isə “İRƏLİ” İctimai Birliyi təsis olunmuşdur.

İrəli İctimai Birliyinin fəaliyyəti

Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulmuş və hal-hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyə yüksəlmiş təşkilatdır. Artıq bir neçə ildir ki, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində bir çox uzunmüddətli layihələr həyata keçirilir. Təşkilatımız da insan kapitalına ardıcıl investisiyanı ən effektiv və davamlı inkişaf yolu kimi görür. İnsan kapitalının inkişafı istiqamətində həyata keçirilən fəaliyyətdə gənclərə xüsusi önəm verilir. Bu səbəbdən “İRƏLİ” İctimai Birliyi insan kapitalının inkişafına yönəlmiş fəaliyyəti gənc peşakarlarla birgə həyata keçirir. “İRƏLİ”-də fərdi və kollektiv üzvlük sistemi mövcuddur. Hal-hazırda 36 000 nəfərdən artıq gənc və 14 təşkilat “İRƏLİ”-yə üzvdür. “İRƏLİ”nin 2008-ci ildən bu günə qədər həyata keçirdiyi 750-dən artıq layihənin əhatə dairəsinə 250 000 nəfərdən çox insan daxil olmuşdur. “İRƏLİ”nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə etmişdir, bununla yanaşı dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyimiz təşkilatlar mövcuddur.

“İRƏLİ”nin məqsədləri

  • Azərbaycan Respublikasının inkişaf yolunda aparılan siyasətin həyata keçirilməsində birbaşa gənclərin iştirakına şərait yaratmaq.
  • Gənclərə vətənpərvərlik hisslərinin aşılanmasına şərait yaratmaq.
  • Milli mədəni dəyərlərin qorunmasını təmin etmək.
  • Gənclərin fərdi inkişafında yardımçı olmaq.