Investment Group xəritədə

Investment Group

Bakı, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 104 АZ1000 *** 1 səs

Investment Group haqqında

2010 – cu ildə əsası qoyulmuş “İnvestment Group” (IG) şirkətində rəhbərliyin bütün tapşırıqlarını xüsusi cavabdehlik ilə yerinə yetirən, yüksək ixtisaslı professional heyət çalışır. Qısa müddət ərzində IG şirkəti nəqliyyat və kommersiya sektorlarında kənd təsərüfatı sahəsində öz fəaliyyət dairələrini əhəmiyyətli dərəcədə genişləndirə bilmişdir. Aparılan geniş həcmli işlər nəticəsində, şirkət bir çox törəmə firmalar təsis etmişdir: "IG Technics", "IG Agro", "IG Trans" və "IG Trading". IG şirkəti müasir soyuducu anbarların və isidici kombinatların quraşdırılması ilə məşğul olur. Soyuducu qurğuların və qapalı şitilliklərin servis xidmətini bizim işçilərimiz bütün sutka ərzində həyata keçirirlər. Şirkətin mütəxəssisləri xaricdə ixtisaslarının artırılması üçün mütəmadi olaraq təhsil alır və mənimsədikləri öncül texnologiyaları Azərbaycanda tətbiq edirlər. Bundan başqa, IG şirkəti Türkiyənin "Karaca Sulama Otomosyon" və "A-SERA" şirkətlərinin və İzrailin “Pelemix” firmasının Bakıda nümayəndəliyini açmışdır. Şirkət tərəfindən təchiz olunan təxminən 80% müəssisə dövlətin bütün regionlarının iqtisadi inkişafı məqsədi ilə proqramlar çərçivəsində dövlətin rəsmi sifarişləridir. IG 2010 – 2012 – ci illərdə dəfələrlə dövlət tenderlərində qalib olmuş, eyni zamanda, sıx əməkdaşlığı sayəsində bir neçə xarici müəssisələrin partnyoru olmuşdur. Öz fəaliyyəti dövründə, şirkət öz yük avtobilləri üçün avtoparkını yaratmışdır, burada işlənmiş avtomobillərdən başqa, eyni zamanda yeni yük avtomobilləri də vardır. Burada olan bütün texnikanın 30 – dan artıq çeşidi vardır. Burada yüksək ixtisaslı təcrübəli sürücülər işləyir, onlar daxili kiçik və yüksək tonnajlı yük daşınmasından başqa, beynəlxalq kiçik və yüksək tonnajlı yüklərin daşınması ilə də məşğul olurlar. Daşınan yüklər tam olaraq şirkət tərəfindən sığortalanır və dünyanın istənilən nöqtəsinə vaxtında çatdırılır. Bizim iş prinsipimiz – gömrük zonasına yükü çatdırana kimi bizim işçilərimiz tərəfindən hazırlanan problemsiz gömrük rəmiləşməsi, müvafiq qiymət, etibar, keyfiyyətli xidmətdir. “IG Traiding” Bakıda bir çox xarici firmaların nümayəndəliyini açmışdır: "VOULIS CHEMICHALS" – yunan firmasıdır, avtokosmetika vasitələrinin istehsalı sahəsində liderdir, "PENNASOL" – mühərrik yağlarının istehdsalı ilə məşğul olan alman firmasıdır. Bundan başqa, “IG Trading” avtomobil yuma, avtoservislər, yüngül və yük avtomobilləri üçün, qarajlar üçün hər növ avadanlıqların satışı, eyni zamanda yol texnikalarının, avtokarların, platformaların və s. alınması və icarəyə verilməsi ilə məşğul olur.