Torpaqşünaslıq və Aqrokimya Institutu xəritədə

Torpaqşünaslıq və Aqrokimya Institutu

Bakı, Yasamal rayonu, Məmməd Arif küçəsi, 5 AZ1073 *** 1 səs

Torpaqşünaslıq və Aqrokimya Institutu haqqında

Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V.R.Smirnov-Loqinov, akad. C .M.Hüseynov, V.R.Volobuyev, EA-nın müxbir üzvləri: M.M.Salayev, akad.Q.Ş.Məmmədov. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad. H.Ə.Əliyev - torpaqların coğrafiyası, ekologiyası; V.R.Volobuyev - torpaqların meliorasiyası və energetikası; C.M.Hüseynov- aqrokimya; M.M.Salayev - torpaqların genezisi, diaqnostikası; AMEA-nın müxbir üzvü Q.Ş.Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər - torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir. AMEA-nın müxbir üzvü M.R.Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesi-nin elmi-nəzəri əsasları işlənilmişdir.

İnstitutun tarixi

Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V.R.Smirnov-Loqinov, akad. C .M.Hüseynov, V.R.Volobuyev, EA-nın müxbir üzvləri: S.Ə.Əliyev,M.M.Salayev, akademiklər.Q.Ş.Məmmədov,M.P.Babayev. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad. H.Ə.Əliyev - torpaqların coğrafiyası, ekologiyası; V.R.Volobuyev - torpaqların meliorasiyası və energetikası; C.M.Hüseynov- aqrokimya; M.M.Salayev - torpaqların genezisi, diaqnostikası; Q.Ş.Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər - torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir. M.R.Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesi-nin elmi-nəzəri əsasları işlənilmişdir

İnstitutun elmi struktur bölmələri 

  • Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyasi laboratoriyası;
  • Torpaq örtüyünün strukturası laboratoriyası;
  • Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası;
  • Torpaqların mineralogiyası və kimyası laboratoriyası;
  • Torpaqların biologiyası laboratoriyası;
  • Torpaq informatikası laboratoriyası;
  • Torpaq fizikası laboratoriyası;
  • Torpaq meliorasiyası və rekultivasiyası laboratoriyası;
  • Mineral gübrələr və mikroelementlər laboratoriyası;
  • Üzvü gübrələr laboratoriyası;
  • Torpaq tədqiqatlarında innovasiya laboratoriyası;
  • Torpaq muzeyi; Xəritə fondu;
  • Kitabxana;
  • Ucar Dayaq Məntəqəsi.